booked.netbooked.net booked.net  

Bioloji aktiv qida məhsulları dərman vasitəsi deyil və xəstəliklərin müalicəsində istifadə edilə bilməz. Həmin məhsullar sadəcə qida rasionunu zənginləşdirir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının ölkə ərazisində dövriyyəsi isə qadağandır.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə görə yanvarın 1-dən həmin məhsulların istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunur. Agentlik tərəfindən bioloji aktiv qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarət gücləndirilib və tibbi reseptlərdə həmin məhsulları dərman vasitəsi kimi qeyd edən həkimlər inzibati məsuliyyətə cəlb olunacaq.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN