booked.netbooked.net booked.net  

Gürcüstanın Eks prezident Mixeil Saakaşvilinin müalicə olunduğu "Vivamed" Klinikasının rəhbərliyi Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.

 TEZADLAR.AZ yerli mətbuata istinadən xəbər verir ki, müraciətdə xəstənin son bir ay ərzində yalnız simptomatik müalicə aldığı, tibb işçilərinə etimadsızlıq ifadə etdiyi və təklif olunan müalicə sxemindən imtina etdiyi bildirilir. Həkimlər nazirlikdən siyasətçinin tibb müəssisəsindən xaric edilməsi imkanını nəzərdən keçirməyi xahiş ediblər. Rəhbərliyin fikrincə, Saakaşvilinin klinikada olması onların reputasiyasına zərbə vurur. Belə ki, çoxları həkimlərin sadəcə olaraq ölkənin eks-prezidentini müalicə etmək istəmədiklərini deyir. Bundan başqa, siyasətçinin özü də klinikanın tibb işçilərinə etibar etmir və müalicə rejimindən imtina edir. Qeyd edək ki, Saakaşvilinin vəkili Şalva Xaçapuridzə sabiq prezidentə qarşı yeni plan hazırlandığını və onun yenidən Qldanidəki 18-ci müalicə müəssisəsinə köçürülməsinin nəzərdən keçirdiklərini bildirib. O qeyd edib ki, bu hal baş verərsə bu da Saakaşvili üçün ölüm hökmü olacaq.

Xatırladaq ki, 2021-ci il oktyabrın 1-də ölkə sərhədini qanunsuz keçən Mixeil Saakaşvili barəsində Cinayət məcəlləsinin müvafiq bəndləri ilə istintaq başladılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ötən ilin may ayında isə sabiq prezident Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsindən “Viva Med” klinikasına köçürülüb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN