booked.netbooked.net booked.net  

 Rusiya Federasiyasında yerli insulin istehsalçılarından biri məhsulun halal standartlarına uyğunluq sertifikatı alıb.

TEZADLAR.AZ Rusiya KİV-nə istinadən xəbər verir ki, "Gerofarm" əczaçılıq şirkətinin insulinləri halal olaraq tanınır, bu, müvafiq sertifikatla təsdiqlənib.

"Rusiya Müftilər Şurası “Gerofarm” portfelində olan bütün insulinləri və onların istehsal olunduğu maddələri “Halal” standartlarına uyğunluğunu sertifikatlaşdırıb. Sertifikat 2026-cı ilin sonuna qədər etibarlı olacaq",- şirkət bildirib.

RF-də insulin ilk dəfədir ki, halala-uyğun kimi tanınıb.

Bildirilir ki, vaxtilə - 80-ci illərə qədər insulin preparatları donuz balalarının mədəaltı vəzi hormonuna əsaslanırdı.

Hal-hazırda, insulin laboratoriyalarda sintez olunur, onun tərkibində heç bir heyvan komponenti yoxdur.

İnsulinlərin halal sertifikatı alması şirkətə məhsullarını Yaxın Şərq regionuna ixrac etməsinə də imkan verəcəyi də vurğulanır.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN