booked.net booked.net  

Koronavirusla mübarizə üzrə Gürcüstanın Baş naziri yanında İdarələrarası Koordinasiya Şurası noyabrın 28-dən etibarən,

Afrika qitəsinin səkkiz ölkəsindən respublikaya gələnlər üçün məcburi karantin tətbiqinə başlayacaq. Bu, orada yayılan koronavirusun yeni "Omikron" ştammı ilə əlaqədardır.

 Hökumətin elanında qeyd edilir ki, vətəndaşlığından asılı olmayaraq, son 14 gündə Botsvana, Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya, Esvatini və ya Cənubi Afrikaya səfər etmiş hər kəs, Gürcüstana daxil olarkən 14 günlük karantinə girməli olacaq.

 Qeyd edək kki,  karantin və PSR testlərinin ölkə vətəndaşları üçün pulsuz olacağı, əcnəbilərin isə bütün xərcləri öz hesabına ödəməli olacağı məsələsi dəqiqləşdirilir.

 Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omikron” adını verib. Onun daha yüksək yoluxuculuq qabiliyyətinə malik olduğu və daha ağır xəstəliklərə səbəb olduğu bildirilib.

 Artıq ABŞ da noyabrın 29-dan etibarən koronavirusun yeni aşkar edilmiş “Omikron” ştammı ilə bağlı Afrikanın 8 ölkəsindən gələn vətəndaşlara ölkəyə girişi məhdudlaşdıracaq. Bu,  Cənubi Afrikadan başqa Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə də şamil ediləcək.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN