booked.net booked.net  

İran yeni növ koronavirus (COVID-19) infeksiyasının Omikron ştamına yoluxma hallarının artmasına görə quru sərhədlərini bağlayır.

Məlumata görə, bu haqda qərarı İranın Koronavirusla Mübarizə Qərargahı qəbul edib.

Bildirilib ki, İranın Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədləri bu gündən etibarən 15 gün müddətinə qapadılır.

Diqqətə çatdırılıb ki, pandemiya başlayandan bəri İranın Türkmənistanla quru sərhədləri bağlıdır.

Qadağa təhsil və ticarət (biznes) vizası olanlara, iş, müalicə və investisiya sənədləri olanlara şamil olunmur.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN