booked.net booked.net  

Fransanın cənubunda koronavirusun yeni variantı aşkarlanıb.
Bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni ştam Kamerundan Fransaya qayıdan bir neçə şəxsdə aşkar edilib.
Mütəxəssislər virusun bu variantının sözügedən Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər.
Marsel həkimləri tərəfindən kəşf edilən yeni ştam şərti olaraq B.1.640.2 adlandırılıb.
Fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən edildiyi bildirilir.
Qeyd edək ki, bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.
E.ŞİRİNOV
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN