GENERAL-MAYOR HƏZİ ASLANOVLA BAĞLI ŞOK XƏBƏRİ AZƏRBAYCANA KİM GƏTİRİB?!

GENERAL-MAYOR HƏZİ ASLANOVLA BAĞLI ŞOK XƏBƏRİ AZƏRBAYCANA KİM GƏTİRİB?!

Həzi Aslanovun şəxsi həkimi Georgi Beqiaşvili: “O yaralanarkən yanında olmuşam. Çoxlu qan itirmişdi. Qan qrupumuz eyni olduğu üçün ona mənim qanım vur...

RUSİYADA "MÜQƏDDƏS VALENTİN GÜNÜ" POPULYAR OLMADIĞI ÜÇÜN QADAĞAN ETMƏYƏ DƏ EHTİYAC QALMAYIB - BƏS BİZDƏ VƏZİYYƏT NECƏDİR?

RUSİYADA "MÜQƏDDƏS VALENTİN GÜNÜ" POPULYAR OLMADIĞI ÜÇÜN QADAĞAN ETMƏYƏ DƏ EHTİYAC QALMAYIB - BƏS Bİ...

Rusiya Federasiyasının gənclərlə iş üzrə qurumunun (Rosmolodyoj) məlumatına görə, Rusiyada “Sevgililər Günü”nü qadağan etməyə ehtiyac yoxdur, çünki......

BAKI İNZİBATİ MƏHKƏMƏNİN HAKİMİNDƏN PREZİDENTƏ VƏ MƏHKƏMƏ HÜQUQ ŞURASINA ŞİKAYƏT EDİLƏCƏK

BAKI İNZİBATİ MƏHKƏMƏNİN HAKİMİNDƏN PREZİDENTƏ VƏ MƏHKƏMƏ HÜQUQ ŞURASINA ŞİKAYƏT EDİLƏCƏK

Hakim Orxan Həsənov «Məhkəmələr və Hakimlər haqqında» Qanunun, eləcə də hakimlərin peşə etikası haqqında Kodeksinin tələblərini pozaraq məhkəmə zalınd...

AZAD MƏSİYEV: ERMƏNİSTAN İŞĞAL DÖVRÜNDƏ SOYĞUNÇULUQLA MƏŞĞUL OLUB

AZAD MƏSİYEV: ERMƏNİSTAN İŞĞAL DÖVRÜNDƏ SOYĞUNÇULUQLA MƏŞĞUL OLUB

Azərbaycan Haaqadakı Daimi Arbitraj Məhkəməsinə Ermənistanın 1979-cu il "Bern Konvensiyası"nı pozduğuna dair iddia sənədi təqdim edib.

İvanişvilinin 480 milyonluq varidatı Gürcüstana gətirildi- Bəs Azərbaycanlılarınkı???

İvanişvilinin 480 milyonluq varidatı Gürcüstana gətirildi- Bəs Azərbaycanlılarınkı???

Neçə vaxtdır mübahisələndirildiyi kimi, “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili sanksiya çağırışlarından sonra 480 milyon dollardan çox sənət...

TRAMP BAYDENİ RUSİYANIN UKRAYNADA APARDIĞI MÜHARİBƏNİN BAİSKARI KİMİ TƏQDİM ETDİ

TRAMP BAYDENİ RUSİYANIN UKRAYNADA APARDIĞI MÜHARİBƏNİN BAİSKARI KİMİ TƏQDİM ETDİ

"Ukraynada müharibə ABŞ-nin keçmiş lideri Cozef Baydenin bu ölkənin NATO-ya üzv ola biləcəyini deməsinə görə başlayıb..."

"İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNƏ SƏDR TƏYİN EDİLİ - SƏRƏNCAM

"İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNƏ SƏDR TƏYİN EDİLİ - SƏRƏNCAM

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

TURAN İNFORMASİYA AGENTLİYİ FƏALİYYƏTİNİ DAYANDIRIR- SƏBƏB?

TURAN İNFORMASİYA AGENTLİYİ FƏALİYYƏTİNİ DAYANDIRIR- SƏBƏB?

Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırası oldu. 

MEDİA

14-Fev-2025 By Asif Memmedov

TRAMP …

"Ukraynada müharibə ABŞ-nin keçmiş lideri Cozef Ba

Detay

Litvadan olan beynəlxalq dərəcəli media eksperti Ornela Ramasauskaite «Təzadlar»a və eyni adlı «Tezadlar TV»yə müsahibəsində Qarabağ həqiqətlərinə Litvalıların gözü ilə belə cavab verdi…

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və Azərbaycan Diplomatiya Akademiyasının (ADA) dəstəyi və birgə əməkdaşlığı ilə ADA-da ölkənin çap, elektron və vizual (TV və radio) media orqanları rəhbərlərinin iştirakı ilə təlimlərə start verilmişdi. Beləliklə, ADA-nın Təlim mərkəzində media biznesi və beynəlxalq təcrübə mövzusu ətrafında Litvadan dəvət edilmiş beynəlxalq statuslu ekspert Ornela Ramasauskaite-nin iştirakı ilə təlimlər keçirildi. Təbii ki, Azərbaycan mediasında bu sahədə yetərincə təcrübə vardır. Lakin beynəlxalq təcrübədən bəhrələnərək yerli media mühitində bundan istifadə olunması xüsusilə vacibdir, bunun müsbət bəhrəsini son bir neçə ildə görməkdəyik. 

***

 Mən elektron media rəhbərlərinin olduğu qrupun təlimlərində iştirak edirdim. MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədlinin iştirakı ilə olan iki günlük təlimdə olduqca maraqlı müzakirələr, fikir mübadilələri oldu. Ekspert Ormela xanım Litvadan olduğundan, söhbət daha çox Baltikyanı respublikaların- Estoniya, Latviya və Litvanın, eləcə də dünyanın qabaqcıl ölkələrinin Azərbaycanla informasiya əməkdaşlığı fonunda media mühitindəki müsbət tendensiyalar və təcrübələr aparılan, çözülən müzakirələrdən oldu. Təlim elektron media rəhbərlərinin sual-cavabları ilə davam etdiyindən olduqca maraqlı keçirdi. 

 Bir məqamı xüsusilə deyim ki, tanınmış ekspertlə o qədər səmimi söhbətlərimiz olurdu ki, bəzən mövzu media idarəçiliyindən, kommunikasiyalardan və s. deyil, daha çox Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi və s. barədə olurdu. Və görürdük ki, xanım Ornela Ramasauskaite Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, eləcə də dünya mediasında Azərbaycan və Qarabağ hadisələri barədə yayımlanan məlumat və yazılardan yetərincə məlumatlıdır. Biz də ona əlavə bilgilər və məlumatlar verirdik.

Təbii ki, ölkəmizdə qonaq olan və beynəlxalq təcrübəli ekspertin media yenilikləri və standartları barədə təlim söhbətlərindən daha çox məni onun Qarabağ məsələsinə mövqeyi maraqlandırırdı. Odur ki, Azərbaycanda qonaq olan, Qarabağ bölgəmizə səfər edən, ADA-da media təlimlərinə rəhbərlik edən Litvadan olan ekspert xanım Ornela Ramasauskaite-dən «Təzadlar» qəzetinə və eyni adlı TTV-yə (TEZADLAR TV) müsahibə almaq fürsətini əldən vermədim.

Qeyd edim ki, Litvadan olan ekspert, xanım Ornela Ramasauskaite Qarabağda olub, Füzulidə və Şuşada  erməni vandalizminin nişanələrini öz gözləri ilə görüb. "Qısası, Qarabağda ermənilərin 30 illik işğalı zamanı törətdiklərini görəndə bu qənaətə gəldim ki,  Qarabağ Azərbaycanındır!", - deyən Ornela Ramasauskaite-nin TTV-YƏ (TEZADLAR TV) videomüsahibəsi dekabrın 28-də YouTube üzərindən canlı proqramımızda yayımlandı. Onun müsahibəsini orijinaldan-ingilis dilində və Azərbaycan dilinə tərcüməsi ilə təqdim etdik (İngilis dilindən tərcümə  «Avrasiya gündəliyi» dərgisinin ingilis dili bölməsinin rəhbəri Elnur Məmmədliyə məxsusdur).

Beləliklə, həmin müsahibənin mətnini təqdim edirəm:

-Ornela xanım, Azərbaycana xoş gəlmisiniz…

-Təşəkkür edirəm, çox sağ olun…

-İki sualım olacaq: Azərbaycan haqqında təəssürratınız necədir?

-Azərbaycanı çox sevirəm. İlk gündən Azərbaycanın yeməkləri məni xüsusilə cəlb etdi. Eləcə də sizin qara çayı çox sevdim. Düzdür, ola bilər ki, burdan gedəndə mən özümlə Litvaya sizin qara çaydan apara bilmədim, amma istərdim ki, aparım. Dadı olduqca heyrətamizdir.

-İkinci sualım: bildiyim qədər, Qarabağda olmusunuz. Qarabağda xüsusilə nələr diqqətinizi çəkdi?

-Qarabağa səfərim olduqca maraqlı keçdi. Biz əvvəlcə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi avtobusla səfərə başladıq. Səfərə çıxanda Qobustan abidələrini ziyarət etdik. Qobustanda daşlar üzərində olan qədim tarixi yazıları, naxışları gördük. Olduqca maraqlı idi… Sonra biz Füzulidə olduq. Burada çox qısa zamanda tikilib istifadəyə verilmiş beynəlxalq aeroportla tanış olduq. Mən bu aeroportu görəndə heyrətləndim ki, 9 ay ərzində belə bir möhtəşəm kompleks necə tikilib istifadəyə verilib… Daha sonra biz avtobusla Şuşaya səfər etdik. Orada ermənilər tərəfindən güllələnmiş heykəlləri gördük. Eləcə də ermənilər tərəfindən məhv edilmiş, dağıdılmış binaları, yaşayış məskənlərini gördük. Bunlar dəhşətli izlər idi. Orada bir qədim məsciddə ermənilər tərəfindən törədilmiş təcavüzkar dağıntı və münasibəti görüb dəhşətə gəldim. Biz, həmçinin Şuşada güllə yarası almış insanlarla da görüşüb dərdləşdik. Onlarla söhbətlər etdik. Mənim üçün bunlar çox sarsıdıcı idi. Bilirsiz, mən bütün bu erməni dəhşətlərini və vandalizmi görəndən sonra bu qənaətə gəldim ki, həqiqətən də Qarabağ Azərbaycan torpağıdır. Çünki heç bir insan, şəxs, millət, ölkə… özünə aid olanı bu şəkildə dağıdıb məhv etməz. Və bütün bünlar məndə yeganə bir təəssürat yaratdı ki, Qarabağ Azərbaycanındır!

-Ornela xanım, bu ədalətli mövqeyinizə və qənaətinizə görə Sizə təşəkkür edirəm.

-Mən təəssüf edirəm ki, bu problem-Qarabağ məsələsi beynəlxalq mediada qabardılmır, dünyada hər kəsə lazımınca çatdırılmır. Çox istərdim ki, gələcəkdə bu məlumatlar dünya ictimaiyyətinə bütün genişliyi ilə, həqiqətliliyi ilə çatdırılsın.

-Bizdən Litva xalqına Azərbaycan boyda salamlar olsun!

-Təşəkkür edirəm, mən də çalışacağam ki, Litvadan daha çox insanları Azərbaycana göndərim…

***

Xatırlatma: Ornela xanım Ramasauskaite beynəlxalq səviyyəli ekspertdir. O, innovativ töhfələrinə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri təyin edilib. Xanım eləcə də Şərqi Avropa, Asiya və ABŞ-da fəaliyyət göstərən Norveç təsisçiliyinin bir hissəsi kimi Baltik ölkələri üzrə Marketinq və Koommunikasiya şöbəsinin rəhbəridir. Ornela xanım Litva Nazirlər Kabineti Aparatının Strateji Şurasının üzvü, Baş nazirin mədəniyyət üzrə ictimai müşaviri, Avropada Mədəniyyət Siyasəti və Trendlərin Toplusu üzrə ekspert, Avropa Şurasının birgə müəssisəsinin və Mədəniyyət Şurasının ekspertidir. O, bir çox xarici ölkələrdə ekspert kimi çıxışlar edib.

***

Bəli, ölkəmizdə qonaq olan, ermənilərin Qarabağda törətdiklərini öz gözləri ilə görən beynəlxalq dərəcəli media eksperti Ornela Ramasauskaite biz media rəhbərləri ilə təkcə media menecmentliyi sahəsindəki təcrübəsini paylaşmadı. O, həm də Azərbaycanın problemlərinə və Qarabağ bölgəsində gördüyü erməni vandalizminə ədalətli mövqeyini paylaşdı. İngilis dilində olan həmin videomüsahibə «Təzadlar»ın elektron yayım imkanlarından bəhrələnməklə dünyanın bir çox beynəlxalq qurumlarına, eləcə də ermənilərin feyk məlumat və Qarabağ yalanlarına aldanan ölkələrin parlamentlərinə, siyasi təşkilatlarına, məxsusi olaraq Fransa və Kanada parlamentarilərinə göndəriləcək. Dünya gec də olsa erməni yalanlarını rədd etməli, Azərbaycanın əzəli torpağı olan Qarabağda 30 illik işğal dövründə ermənilərin törətdiklərini görməli, özü üçün nəticə çıxarmalıdır. Çünki dünya ictimaiyyəti həm də Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının necə inkişaf etməsinin şahidi olmalıdır ki, erməni yalanlarına inanmasın…

Asif Mərzili

(Yazı və Ornela Ramasauskaite ilə videomüsahibə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.6). 

 

 

 

Pin It

CƏMİYYƏT

14-Fev-2025 By Elbar Şirinov

GENERAL-MAYOR HƏZİ ASLANOVLA BAĞLI ŞOK…

Həzi Aslanovun şəxsi həkimi Georgi Beqiaşvili: “O

14-Fev-2025 By Yasemen Memmedov

RUSİYADA "MÜQƏDDƏS VALENTİN GÜNÜ" POPULYAR…

Rusiya Federasiyasının gənclərlə iş üzrə qurumunun

14-Fev-2025 By Asif Memmedov

BAKI İNZİBATİ MƏHKƏMƏNİN HAKİMİNDƏN PREZİDENTƏ…

Hakim Orxan Həsənov «Məhkəmələr və Hakimlər haqqın

SİYASƏT

14-Fev-2025 By Elbar Şirinov

AZAD MƏSİYEV: ERMƏNİSTAN İŞĞAL DÖVRÜNDƏ…

Azərbaycan Haaqadakı Daimi Arbitraj Məhkəməsinə Er

14-Fev-2025 By Asif Memmedov

USAİD-İN FƏALİYYƏTİNİN DAYANDIRILMASINA GÖRÜN KİM…

USAİD-İN FIALİYYƏTİNƏ SON VERİLUR...

13-Fev-2025 By Elbar Şirinov

"İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNƏ…

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-

10-Fev-2025 By Elbar Şirinov

ƏRDOĞAN: TRAMPIN QƏZZA İLƏ BAĞLI…

ABŞ-ın yeni administrasiyasının Qəzzadakı vəziyyət

MƏDƏNİYYƏT

13-Fev-2025 By Yasemen Memmedov

XALQ ARTİSTİ ÖLÜMDƏN DÖNDÜ …

Bir müddət öncə insult keçirən Xalq artisti Fatma

13-Fev-2025 By Asif Memmedov

O, duyğulu könüllərçün Allah vergisi…

Teatral yazılar silsiləsindən... -(Elegiya)

13-Fev-2025 By Asif Memmedov

“Tarix yazan igidimiz” adlı tədbir…

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon M

12-Fev-2025 By Yasemen Memmedov

"SƏNƏT ADAMLARINA DƏSTƏK OLMAQ LAZIMDIR"-…

"Sənət adamlarına dəstək olmaq lazımdır

12-Fev-2025 By Yasemen Memmedov

RƏMİŞİN HƏYAT YOLDAŞI MÜĞƏNNİNİ YALAN…

Bir neçə gün öncə müğənni Niyam Salami mərhum Xalq

12-Fev-2025 By Yasemen Memmedov

XƏSTƏ İNSANLAR ÜÇÜN TOPLANAN PULU…

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanm

KRİMİNAL

14-Fev-2025 By Elbar Şirinov

NAXÇIVANDA NARKOTİK ƏMƏLİYYATI - SAXLANILANLAR…

Naxçıvanda polis əməkdaşları tərəfindən muxtar res

13-Fev-2025 By Elbar Şirinov

AĞCABƏDİ SAKİNİN ÇANTASINDAN 10 KİLOQRAM…

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının nark

13-Fev-2025 By Elbar Şirinov

BİLƏSUVARDA 5 KİLOQRAM NARKOTİK VASİTƏ…

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfi

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

14-Fev-2025 By Yasemen Memmedov

ABŞ-IN 10-DAN ÇOX ŞTATI TRAMPI…

ABC kanalının iddiaya istinadən verdiyi məlumata g

14-Fev-2025 By Yasemen Memmedov

MÜLKİ ODLU SİLAH ƏLDƏ ETMƏ…

Artıq Azərbaycanda 18 deyil, 21 yaşına çatan şəxsl

14-Fev-2025 By Yasemen Memmedov

"MEDERA HOSPİTAL", "ABBASOĞLU İNŞAAT", "YOLTİKİNTİSERVİS"…

 Vətəndaşların əmək hüquqlarının pozulması halları

14-Fev-2025 By Elbar Şirinov

DİN: PİRŞAĞI SAKİNİ HƏYƏTİNDƏ TAPILAN…

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan s

14-Fev-2025 By Elbar Şirinov

BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİ…

Hazırda müşahidə olunan yağmurlu hava yollarda əlv

14-Fev-2025 By Elbar Şirinov

"GİZİR HAZIRLIĞI KURSU"NUN NÖVBƏTİ BURAXILIŞ…

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun t

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

14-Fev-2025 By Yasemen Memmedov

"LAZER BEAUTY KLİNİKASI" BAĞLANIR -…

 Səhiyyə Nazirliyi “Lazer Beauty Klinikası”nın bağ

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

14-Fev-2025 By Yasemen Memmedov

“MEDİA…

Mediatrends komandası artıq süni intellekt əsaslı

TƏHSİL

14-Fev-2025 By Yasemen Memmedov

"…

YTP ilə aparıcı ali təhsil müəssisələri arasında