İrandan ölkəmizə idxal edilən qida məhsulunun yararsız olduğu ilk hal deyil.  Çünki əvvəllər də İran İslam Respublikasından Azərbaycana idxal edilən qida məhsullarından darçın, zəncəfil, bal, araxis əzməsinin istehlak üçün yararsız olduğu aşkarlanmışdı. Bu səbəbdən də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Məsələyə aydınlıq gətirmək üçün AQTA ilə əlaqə saxladıq. Qurumdan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı "AGROSTAR COMPANY" MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən halva məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib: "Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələkləri aşkar edilib. Agentlik tərəfindən ümumi çəkisi 240 kq olan halva məhsulu partiyası istifadəyə yararsız hesab edilib və məhsulun satış şəbəkəsinə daxil olmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək".

ELBAR


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA