booked.netbooked.net booked.net  

TEZADLAR.AZ milyonların sevimlisi Xalq artisti Ramiz Məliklə telefon əlaqəsi saxladı.

***

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Ramiz Məliki təltif edib.

 Belə ki, Ustad sənətkar Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

***

Biz də Xalq artisti Ramiz Məliklə həm 80 illik yubileyi, həm Prezident İlham Əliyevin fəxri diplomla təltif etməsi münasibətilə təbrik etmək, həm də səhhəti ilə maraqlanmaq üçün telefon əlaqəsi saxladıq. Böyük sənətkar təbrik üçün təşəkkürlərini bildirdi, təltifə görə Prezidentə minnətdar olduğunu və hazırda özünü normal hiss etdiyini söylədi. Biz Onu yaxın zamanda TEZADLAR TV-nin (TTV) efirində görmək istədiyimizi bildirdik.

Sənətkar tezliklə ayağa qalxacağını və məmnuniyyətlə TEZADLAR TV-nin (TTV) efir məkanında qonağımız olacağına söz verdi.

Biz də böyük sənətkara Allahdan can sağlığı arzu edir və tamaşaçılarını yeni rolları ilə sevindirməyi arzulayırıq. İnanırıq ki, Xalq artisti tezliklə bu böyük sınağın da öhdəsindən gələcək.

Qeyd edək ki, bir müddətdir ki, ustad sənətkar Ramiz Məlikin səhhətində problem yaranıb və o, hazırda ev şəraitində müalicə olunur.

***

Xatırladaq ki, böyük sənətkar, milyonların sevimlisi Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam", "Xurşidbanu Natəvan" və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb. 

O, teatr səhnəsində Marsel («Hamlet», V. Şekspir), Aqşin, Barat, Haris («Od gəlini», «Almaz», “Ulduz yaxud Ədirnə fəthi”, C. Cabbarlı), Leytenant, Mayis («Mahnı dağlarda qaldı», («Sevgililərin cəhənnəmdə vüsalı», İ. Əfəndiyev), Teymur («Yastı təpə», Ə. Əylisli), Valter («Yad adam», L. Frank), Arif («İblis», H.Cavid), Jan («Dəfn edilməmiş ölülər», J.P.Sartr), Toğrul («Atabəylər», N. Həsənzadə), Antoni («Kölgələrin oyunu», Y.Edlis), Katib («Gecə döyülən qapılar», N.Xəzri), Dulu Xaqan («Özümüzü kəsən qılınc», B. Vahabzadə), Vilyams («Kəllə», N.Hikmət), Qaçaq Süleyman («Ölüləri qəbiristanlıqda basdırın», İ.Şıxlı), Mayor Metkaf (“Tələ”, A.Kristi) və digər rolları oynayıb. 

Dahi sənətkar teatr səhnəsindən başqa, filmlərdə də çoxlu sayda yaddaqalan rollar ifa edib. Sənətkarın hər bir rolu tamaşaçıların hafizəsinə hopub, onu seçilənlərdən, sevilənlərdən, unudulmazlardan edib.  

Ramiz Məlik 1984-cü ildə Azərbaycan SSR dövlət mükafatına layiq görülüb.

1982-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 1998-ci ildə isə  "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN