booked.netbooked.net booked.net  

Antiinhisar Dövlət Xidməti MTK-ların "Bir bina bir provayderindir" prinsipini aradan qaldıra biləcəkmi?

Bunu Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində bir qrup özəl internet xidmətləri təminatçıları ilə görüşünə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, görüşdə çoxmənzilli yaşayış binalarında fəaliyyətlə bağlı provayderlərin qarşılaşdıqları çətinliklər və haqsız rəqabət halları ilə bağlı müzakirələr aparılıb.

Ekspert bu sahədə ciddi problemlər olduğunu da vurğulayıb.

“Bir müddət öncə MTK-ların bu sahədə özbaşınalıq etməsi, haqsız rəqabət yaratması, aidiyyatı dövlət qurumlarına qarşı sayğısızlığı, bir provayderlə “separat sövləşmə” aparması və digər provayderləri binaya buraxmaması kimi məsələləri gündəmə gəlmişdi.

Görünür ki, Antiinhisar bu problemi həll etmək qərarına gəlib. İlk dəfədir ki, Antiinhisar Dövlət Xidmətinin bu məsələ ilə bağlı real addımlarını müşahidə edirik. Ümid edirəm öhdəsindən gələ biləcəklər”, - deyə Osman Gündüz bildirib .

Xatırladaq ki, bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində bir qrup özəl internet xidmətləri təminatçıları (provayderlər) ilə görüş keçirilib.

Görüşdə çoxmənzilli yaşayış binalarında fəaliyyətlə bağlı provayderlərin qarşılaşdıqları çətinliklər və haqsız rəqabət halları ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, istehlakçılardan Dövlət Xidmətinə daxil olan müraciətlər əsasən internetin sürətinin zəif olması, internet xidmətlərinin göstərilməsindən imtina edilməsi, istehlakçılardan əlavə ödənişlərin tutulması, ödənilən vəsaitin qaytarılmaması və digər məsələlərlə bağlıdır.

Tədbirdə istehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, xidmətdən əsassız imtina hallarına yol verilməməsi, xidmət haqqında istehlakçılara düzgün və dolğun məlumat verilməsi, istehlakçı müraciətlərinin araşdırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN