booked.netbooked.net booked.net  

8 il əvvəl şirkətlə 157 milyon avroluq müqavilə imzalanmışdı

AzerSky peykini hazırlayan "Airbus Defence and Space" şirkəti Azərbaycanı tərk edibmi? Azərkosmos gələcəkdə Fransanın adı çəkilən şirkəti ilə əməkdaşlıq edəcəkmi? Bir neçə gün öncə Fransanın Airbus Defence and Space şirkətinin Azərbaycanı tərk etdiyi açıqlanıb.

Xatırladıram ki, 2014-cü ildə Azerkosmos və “Airbus Defence and Space” şirkətləri arasında AzerSky peykinin Azərkosmos-un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb.

Bunu Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. 

 O, qeyd edib ki, layihənin dəyəri 157 milyon avro olub.

“Bu peykin ömrünün başa çatmasına artıq 3-4 il qalıb. Yeni müşahidə peykinin hazırlanması üçün sifariş zamanı artıq yetişib.

Azərkosmos AzerSky-dan təmiz gəlirin 220 milyon dollar olacağını bildirib”.

 Osman Gündüzün sözlərinə görə, əslində şirkətin ölkəmizdəki fəailiyyəti 4 il əvvəl dayandırılıb.

 “Qısa bir araşdırma ilə müəyyən etmək olar ki, adı çəkilən şirkətin fəaliyyəti indi deyil, xeyli əvvəl, 2018-ci ildən dayandırılıb.

Şirkət o zaman AzerSky Peykinin idarəetmə məsələlərinin Azərbaycan tərəfinə ötürülməsi məqsədilə ölkəyə gəlmiş və burada ofis açmışdı.

AzerSky müşahidə peykinin idarəetməsi də artıq uzun müddətdir ki, Azərbaycan tərəfindədir.Yəni, adı çəkilən şirkət müqavilə çərçivəsində görüləcək işləri çoxdan başa çatdırıb”, - deyə diqqətə çatdırıb.

 Ekspertin fikrincə, şirkətin öz fəaliyyətini dayandırması ya təsadüfən öhdəliyinin indi bitməsi və yaxud da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN)  Fransa şirkəti ilə əməkdaşlığı davam etdirmək arzusunda olmaması ilə əlaqəli ola bilər.

“Güman etmək olar ki, Airbus Defence and Space şirkətinin müxtəlif öhdəliklərinin icrasının başa çatması indiki dövrə təsadüf edib və şirkətin Azərbaycan ofisi də hüquqi şəxs olaraq indi ləğv olunaraq VÖEN-ni bağlanıb.

Eyni zamanda düşünmək olar ki, Airbus Defence and Space-in ölkəni tərk etməsi həm də RİNN-in, Azərkosmos-un gələcəkdə müşahidə peyklərini hazırlamaq üçün Fransanın adı çəkilən şirkəti ilə deyil, fərqli bir ölkə ilə əməkdaşlıq etmək niyyətində olması ilə bağlıdır”, -deyə o, vurğulayıb.

Osman Gündüz xatırladıb ki, Prezident AzerSky peykinin imkanlarından Vətən müharibəsi zamanı xeyli effektiv şəkildə istifadə edildiyini bildirib.

Qeyd edək ki,  "Airbus Defence and Space" şirkətinin Mərkəzi ofisi Paris şəhərində yerləşir. Və bir müddət əvvəl “Airbus Defence and Space Sas” şirkətinin Azərbaycandakı fililalı (VÖEN – 1701923801) ləğv olunduğunu elan edib.

Xatırladaq ki, 12 may 2014-cü il tarixində  şirkəti ilə "Azərkosmos" MMC arasında Yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

30 iyun 2014-cü il tarixində isə  “Airbus Defence and Space” şirkəti "Azərkosmos" ilə əməkdaşlıq çərçivəsində "SPOT 7" peykini orbitə buraxıb.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN