booked.net booked.net  

“Keyfiyyətli və dayanıqlı internet infrastrukturu üçün vaxtın uzadılması Azərbaycanın indiki inkişaf səviyyəsinə, qarşıya qoyulan vəzifələrə uyğun deyil”

Bu fikirləri sosial şəbəkə hesabında  "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bildirib.

 Nazirlik bütün ölkə üzrə internet problemini 2 ilə həll edəcək, yoxsa 4 ilə? 

Osman Gündüz  RİNN -nin internetə əlçatanlıq və keyfiyyət problemini həll etmək üçün 2 il vaxt istədiyini,  hətta  nazir Rəşad Nəbiyevin bu haqda bir neçə dəfə açıqlama verdiyini qeyd edib.

O, nazir müavini Rövşən Rüstəmovun ötən həftə Bankçılıq Forumunda çıxış edərkən 2025-ci ilədək hər istifadəçi üçün 25Mbit/san internetin əlçatan olacağı barədə  açıqlamasına diqqət çəkərək  bildirib ki, “…bunadək isə bütün Nazirlik rəsmiləri bunun 2023-cü ilin sonunadək reallaşacağını elan ediblər”.

“Nazirin dediyi ilə müavinin dediyi arasında kəskin fərq var. Düşünürəm ki, bu, yolverilməzdir. Bildiyim qədər hazırda Bakı ətrafında, regionlarda da bu istiqamətdə ciddi işlər aparılır. Təkcə Balakəndə müşahidə etdim ki, Bakıdan 2 briqada gəlib GPON üçün ən ucqar dağ kəndinə də dirəklər basdırırdılar.

 

Bəs nə üçün 2025?

 Ola bilər ki, Nazirlik resursları bir daha analiz edərkən ölkə boyu infrastrukturun qurulması üçün vaxtın və resursların yenidən qiymətləndirilməsini aparıb. Problemlər olacağını müəyyən edib.

Fikrimcə, indiki halda biz internet infrastrukturunu tez bitirməliyik ki, onun üzərində rəqəmsal transformasiyanı gerçəkləşdirə bilək.

Odur ki, indiki halda daha doğru və məntiqli olardı ki, nazirlik hökumətdən əlavə resurslar istəsin, özəl provayderlərin resurslarından daha effektiv istifadə etsin, onları cəlb etsin. Rayonlara əlavə GPON briqadaları göndərilsin. Keyfiyyətli və dayanıqlı internet infrastrukturu üçün vaxtın uzadılması Azərbaycanın indiki inkişaf səviyyəsinə, qarşıya qoyulan vəzifələrə uyğun deyil”.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN