Tedros Qebreyesus qazax dilini öyrənəcək.

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Qazaxıstanın səhiyyə naziri ilə görüşdə qazax dilini öyrənmək niyyətində olduğunu bildirib.

O, Qazaxıstana  cəmi iki dəfə səfər etdiyindən və bu ölkə ilə qohumluq bağlarından bəhs edib.

“ İlk dəfə 2017-ci ildə Almatıya getmişdim. İkinci səfərimdə  - ilkin tibbi yardım konfransı çərçivəsində məşhur həkim Toregeld Şarmanov ilə görüşdüm. O vaxt ailəmin Qazaxıstanla heç bir əlaqəsi yox idi. 2022-ci ildə qohum olduq. Mən buna çox sevinirəm. Mənim qudam Daulet Turlıxanov burada yaşayır. Bu isə o deməkdir ki, Qazaxıstan indi mənim də evimdir. Tezliklə mənim nəvəm danışmağa başlayacaq və mən onunla ana dilində danışmalıyam”, - ÜST rəhbəri bildirib.

Həmçinin Telegram kanalından birində video paylaşılıb, hansı ki, oradakı kadrarxası səsə görə, Tedros Qebreyesusa çapan və at hədiyyə edilir.

 Qeyd edək ki, çapan – Orta Asiya  xalqlarının kişilərinə məxsus  milli geyim növüdür.

 

Y.MƏMMƏDLİ

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA