booked.netbooked.net booked.net  

Bir müddətdir havaların isti keçməsi İngiltərədə quraqlığa səbəb olub.

Və indiyədək görünməmiş hava şəraiti səbəbindən suvarma şlanqlarının istifadəsinə qadağa qoyulur. Qadağaya əməl etməyənlər 1000 funt sterlinqə qədər cərimə olunacaqlar.

Qeyd edək ki, bu barədə Sky News xəbər yayıb.

 İngiltərənin əksər bölgələrini su ilə təmin edən Thames Water kommunal şirkəti qadağanın avqustun 24-də qüvvəyə minəcəyini bildirib.

Bununla belə, şirkət müştəriləri suya qənaət etmək üçün mümkün qədər tez hərəkət etməyə çağırıb.

"Biz hər kəsi təmin etmək üçün gecə-gündüz işləyirik və müştərilər də bacardıqları yerdə suya qənaət etməkdə mükəmməldirlər. Lakin gələcək aylar üçün proqnozlaşdırılan az yağışlar səbəbindən,  indi quraqlığın idarə olunması planımızda növbəti addımı atmalıyıq. ", - bəyanatda deyilir.

Belə ki, bağın suvarılması, avtomobilin və ya pəncərələrin, divarların, cığırların və verandaların yuyulması da daxil olmaqla şlanqlardan istifadə 1000 funt sterlinqə qədər cərimə ilə nəticələnə bilər.

Xatırladaq ki, Böyük Britaniyada rekord istilər və az yağıntı səbəbindən suyun səviyyəsi aşağı düşür.

***

...Lakin son məlumatlara görə, Avropa ölkələri uzun sürən quraqlıqdan sonra yağış və fırtınalı hava ilə üz-üzə qalıb.

  Fransanın paytaxtı Parisidə qəfil gələn sel həyatı iflic edib. Şəhərdə bir sıra metro stansiyası müvəqqəti bağlanıb, bir çox küçələr su altında qalıb.

  Birləşmiş Krallığın Təcili Xidmətlər İdarəsi bir sıra rayonların əhalisini 3 milyon evin su altında qalmasının mümkünlüyü barədə xəbərdar edib. Sakinlərə havanı diqqətlə izləmək və təxliyə halında ən vacib olanları götürmək tövsiyə olunub.

  Sinoptiklərin məlumatına görə, leysan yağışları elektrikin kəsilməsinə və yollarda tıxacların yaranmasına səbəb ola bilər (trt).

  Böyük Britaniyanın meteoroloji xidməti öz növbəsində xəbərdarlıq edib ki, ölkənin bəzi rayonlarında üç saat ərzində bir aylıq norma qədər yağıntı düşə bilər.

  Gözlənilən tufanla bağlı Şotlandiya, Şimali İrlandiya, İngiltərə və Uelsdə narıncı səviyyəli hava təhlükəsi elan olunub.

Və ola bilsin ki, quraqlıqdan sonra Avropanı cənginə alan yağış və sel daşqınları İngiltərə sakinlərinə qarşı tətbiq ediləcək “şlanqla suvarma” qadağasını da ləğv etdi...

  

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN