Qazaxıstanda keçirilmiş son seçkilərdə prezidentliyə namizəd qadınlar

- Karakat Abden və Saltanat Tursynbekova cəmi 5%  səs toplayıblar. Ötən dəfəki seçkidə də o vaxt yeganə qadın namizəd Daniya Espayeva olub və o da 5,32% nəticə göstərib.

Qazaxıstan KİV –nin məlumatına görə,  QSİİ-un (Qazaxıstan Sosial İnkişaf İnstitutu) “Qazaxıstan Ailəsi-2022” adlı kütləvi sorğu keçirib və məlum olub ki, qazaxıstanlıların 38%-i kişilərin daha effektiv siyasətçi olduğuna inanır, yalnız 3,5%-i qadınların da bu funksiyaların öhdəsindən gələ biləcəyinə əmin olduğunu bildirib.

Güclü cinsin dövlət tapşırıqlarının öhdəsindən daha yaxşı gəldiyini düşünənlər arasında kişilərin özləri 17,5% çoxdur. Eyni zamanda, siyasətdə cinsin əhəmiyyəti olmadığına inanan qadınlar kişilərdən 13,6% çoxdur.

“Sizcə, effektiv siyasətçi kişidir, yoxsa qadın?”- sualına respondentlərin yalnız yarıdan bir qədər çoxu cavab verib ki, gender burada heç bir rol oynamır.

 BMT-nin məlumatına görə, qadınlar cəmi 21 ölkədə dövlət və hökumət başçısı vəzifəsini tutur, onlardan cəmi 10-u prezidentdir.

***

Çox təəssüf ki, zərif cinsin nümayəndələri gender bərabərliyinə baxmayaraq, siyasi meydanda qarşı tərəfə hələ də uduzur...

JASMİN

Pin It

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA