booked.net booked.net  

Əcnəbi turistləri ölkəmizə necə cəlb edək?

2022-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1.602.600 nəfər olub və 2021-ci il ilə müqayisədə 2 dəfədən çox artıb.

Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid açıqlayıb.

O, qeyd edib ki, bu nəticə pandemiyadan əvvəlki - 2019-cu il ilə müqayisədə turizmin 50 faiz bərpa olunması deməkdir. 2022-ci ildə ölkəmizə səfər edənlərin sırasında ilk beşlikdə Rusiya Federasiyası (447 min), Türkiyə (312 min), İran (171 min), Səudiyyə Ərəbistanı (96 min) və Gürcüstan vətəndaşları (82 min) qərarlaşıb.

“2021-ci il ilə müqayisədə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 10 dəfə, Pakistan vətəndaşlarının sayı 17 dəfə, Oman vətəndaşlarının sayı isə 20 dəfə artıb. COVID-19 pandemiyasından sonra - 2022-ci ildə Belarus (+25 faiz), Özbəkistan (+12 faiz), Pakistan (+11 faiz), İordaniya (+11 faiz) və Oman (+2 faiz) üzrə turizm göstəriciləri tam bərpa olunub”, - deyə sədr bildirib.

 Florian Zenqstşmidin sözlərinə görə, cari ilin ilk aylarında ölkəmizə gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə yarıdan çox artıb və bu da onu deməyə əsas verir ki, 2023-cü il Azərbaycana gələn turistlərin sayı xeyli artacaq.

“Bu ilin ilk aylarına olan statistika ölkəyə gələn əcnəbi vətəndaşların sayında artım tendensiyasının davam edəcəyini deməyə əsas verir. Yanvar-fevral aylarında respublikamıza 232.567 ziyarətçi gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 55 faiz artım deməkdir”, - deyə bildirib.

 Qeyd edək ki, Gürcüstan Respublikası  keçmiş postsovet məkanında Azərbaycana ən yaxın ölkə olduğu üçün elə turizmlə bağlı müqayisələr də daha çox bu ölkə ilə aparılır.

Bildiyimiz kimi, Gürcüstan son illər turizm sahəsində böyük inkişaf yolu keçib və çox yaxşı təcrübəyə sahiblənib.

Məsələn, ötən il Gürcüstan turizmdən 3,5 milyard dollar gəlir əldə edib.

Gürcüstanın Milli Turizm Administrasiyasının məlimatına görə, 2022-ci ildə turizmdən əldə edilən gəlir  2019-cu ildəki göstəricini 2 dəfədən çox üstələyib.

Həmçinin 2022-ci ildə Gürcüstana 5 milyon 426 min 903 əcnəbi səyahətçi səfər edib ki, bu da 2021-ci illə müqayisədə 188,5% çoxdur.

Xatırladaq ki, pandemiya səbəbindən Azərbaycanın quru sərhədləri 3 ildir ki, bağlıdır.

Və bu ölkəmizə gəlmək istəyən əcnəbi turistlərin də sayına təsirsiz ötüşmür.

Əlbəttə, buna ölkəmizdə fəaliyyət göstərən ucuz qiymətli otellərin sayının yox dərəcəsində olması da,  turizm xidmətlərinin əl yandıran qiyməti də daxildir...

Turistləri ölkəmizə cəlb etmək üçün həm sərfəli qiymət, həm də keyfiyyətli xidmət də vacib şərtdir.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN