booked.netbooked.net booked.net  

Təhlükəsizlik xidməti jurnalistin Volodimir Zelenskiyə verdiyi şokoladı dadmağa qoymadılar.

Ukrayna prezidentinin təhlükəsizlik xidməti britaniyalı jurnalist Maykl Qrillsin dostluq jestinə şübhə ilə yanaşıb.

Ukrayna prezidenti Volodimir Zelenski öldürülmək riski səbəbindən britaniyalı teleaparıcı və səyyahı Edvard Maykl Qrillsin “dost” şokoladından imtina etmək məcburiyyətində qalıb.

Bu barədə yerli “Teleqraf” qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Qrills münasibətləri yaxşılaşdırmaq üçün şəxsi görüşdə Ukrayna prezidentinə bir parça şokolad yemək təklif edib. 

Lakin həmin an Zelenskinin Təhlükəsizlik Xidməti belə bir jeste qarşı çıxıb. Onlar qərara gəliblər ki, 48 yaşlı britaniyalı onu zəhərləyə bilər.

Məqalədə deyilir ki, Zelenskinin təhlükəsizlik xidməti onun Ukrayna prezidentini zəhərləməyə cəhd edə biləcəyi qorxusuna görə Qrillsin ona təklif etdiyi şokoladın üstünə atılıblar.

Qəzetin yazdığına görə, teleaparıcı bu cür ehtiyat tədbirinə anlayışla reaksiya verib.

***

Xatırladaq ki, Edvard Maykl "Ayı" Qrills britaniyalı səyyah, teleaparıcı və yazıçıdır. O, 2006-cı ildən Discovery Channel-da yayımlanan "Nə bahasına olursa-olsun sağ qal" proqramı sayəsində şöhrət qazanıb. Jurnalistin proqramları ən yüksək reytinqlilərdəndir.

Təchizatsız və avadanlıqsız Qrills dünyanın müxtəlif yerlərində görünür və sivilizasiyaya çatmağa çalışır. O, vəhşi təbiətdəki ekstremal vəziyyətlərdə müxtəlif sağ qalma üsullarından istifadə edir.

Teleaparıcı 2022-ci ilin noyabrından Ukraynadadır. O, ukraynalılardan, həmçinin Zelenskidən sənədli film çəkmək üçün Ukraynaya gəlib.

Qeyd edək ki, Ukrayna prezidentinə qarşı Rusiya lideri tərəfindən sui-qəsd təşkil edildiyi iddiaları irəli sürülür və buna görə Zelenski xüsusi olaraq qorunur.

İddia olunur ki, müharibənin ilk vaxtlarında Ukrayna kəşfiyyat xidməti Zelenskiyə qarşı təşkil olunmuş sui-qəsd cəhdlərinin qarşısını alıb.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN