booked.netbooked.net booked.net  

Bu gün Gürcüstanda Müstəqillik Günü qeyd olunur.

Qeyd edək ki, dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra keçmiş RSFSR tərəfindən işğal olundu.

Belə ki,  düz105 il bundan öncə - 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib. Lakin Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub.

 Daha sonra SSRİ dağıldı və digər 15 respublika kimi Gürcüstan da müstəqilliyini bərpa etdi. Beləliklə, Gürcüstan ikinci dəfə - 1991-ci ilin aprelin 9-da müstəqilliyini yenidən elan etdi.

Xatırladaq ki, müstəqillik qazandıqdan sonra Gürcüstanın xarici siyasəti NATO və Aİ-yə üzv olmağa yönəlib. Rusiya ilə münasibətlər 2008-ci ildə kəsilib. 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibədir. Rusiya müharibədən sonra - avqustun 26-da Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.

Bir neçə gün öncə RF Prezidenti Vladimir Putin Gürcüstanla bağlı fərmanlr imzalayıb.

Lakin Gürcüstan Prezidenti Salome Zurabaşvili Rusiyanın Gürcüstan vətəndaşlarına tətbiq edilən viza rejimini ləğv etməsini, həmçinin birbaşa uçuşların bərpası ilə bağlı fərmanlarını "qəbuledilməz" hesab edib və bunu  “Rusiyanın daha bir təxribatı” adlandırıb. 

Həmçinin ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel də bu "açılım"la bağlı Gürcüstana xəbərdarlıq edib:“ABŞ da daxil olmaqla, bir çox Qərb ölkələri Rusiya təyyarələrinin öz hava məkanlarına daxil olmalarını qadağan edir. Əgər Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar davam edərsə, əlbəttə ki, biz Gürcüstan hava limanlarının idxal və ixrac nəzarətinə tabe olan təyyarələrə xidmət göstərdikləri üçün sanksiyalar riski altına düşmələrinə görə narahat olardıq. Bütün Qərb cəmiyyəti Rusiya rejimi ilə öz arasına məsafə qoyub və indi heç bir ölkənin Rusiya ilə əlaqələrini artırmağın vaxtı deyil. Gürcüstan xalqı ehtimal ki, birbaşa uçuşların bərpası və ya viza rejiminin dəyişdirilməsindənsə Prezident Putinin Rusiya qoşunlarını işğal altında saxladığı Gürcüstanın 20 faiz ərazisindən çıxarmasını görmək istəyərdi”.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN