booked.netbooked.net booked.net  

Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub

***

Bukingem Sarayı III Çarlzın daha çox kişini yoxlamadan keçməyə təşviq etmək üçün müalicəsi ilə bağlı ictimaiyyətə danışmaq qərarına gəldiyini vurğulayıb.

TEZADLAR.AZ bbc.com-a istinadən xəbər verir ki, Bukingem Sarayı kral III Çarlza xərçəng şişi diaqnozu qoyulduğunu və monarxın “müvafiq müalicə kursundan” keçməyə başladığını açıqlayıb.

 Sarayın bəyanatında deyilir ki, xərçəng kralın prostat adenomasının son müalicəsi zamanı aşkarlanıb.

 Saray həmçinin qeyd edib ki, kral ictimai tədbirlərdə daha az iştirak edəcəyi üçün müalicə zamanı bu vəzifələr kral ailəsinin digər yüksək səviyyəli üzvlərinə həvalə olunacaq.

 Bu statusa onun həyat yoldaşı kraliça Kamilla, oğlu şahzadə Uilyam, qardaşı şahzadə Edvard və bacısı şahzadə Anna məxsusdur.

 III Çarlz hələ də dövlət başçısı kimi konstitusiya rolunu yerinə yetirməyə davam edəcək, o cümlədən hökumət sənədləri və şəxsi görüşləri də. Bunlara Baş nazirlə həftəlik görüş də daxildir. Həkimlər üzbəüz görüşləri minimuma endirməyi məsləhət görsələr, müvafiq tədbirlər görüləcək.

 Kralın dövlət başçısı kimi öz vəzifələrini yerinə yetirə bilməməsi halında yaxşı qurulmuş konstitusiya proseduru mövcuddur. Belə olan halda vəzifələr “dövlət müşavirləri”nə keçir. Bunlara kraliça Kamilla, şahzadə Uilyam, şahzadə Anna və şahzadə Edvard daxildir. Şahzadə Harri və York hersoqu (şahzadə Endryu) artıq onlardan biri deyil, çünki onlar kral ailəsinin işləyən üzvləri deyillər.

 Məlumatda Kaliforniyada yaşayan şahzadə Harrinin artıq atası ilə danışdığı və yaxın günlərdə Böyük Britaniyaya gələcəyi də bildirilir.

 75 yaşlı kral bazar ertəsi səhər Norfolkdakı Sandrinqem sarayından Londona qayıdıb. Rəsmi açıqlamada onun ambulator şəraitdə müalicə alacağı da bildirilir. Xərçəng müalicəsinin böyük əksəriyyəti ambulator şəraitdə aparılır. Ancaq  bu, mümkün müalicələrin geniş spektrini əhatə edir.

 Qeyd olunur ki, Kral III Çarlz xəstəlik diaqnozu barədə ən yaxın ailə üzvlərinə, o cümlədən şahzadələr Uilyam və Harri, həmçinin qardaşları və bacıları şahzadə Anna və şahzadələr Endryu və Edvarda da şəxsən özü danışıb.

 Bukingem Sarayı  III Çarlzın daha çox kişini həkim yoxlamasından keçməyə təşviq etmək üçün müalicəsi haqqında açıq danışmaq qərarına gəldiyini bəyan edib.

 " Əlahəzrət bu tibbi problemlə bağlı ictimaiyyəti məlumatlandırmaq imkanının olmasından məmnun idi".

Saraydan bildirilib ki, Kralın açıqlamasından sonra Milli Səhiyyə Xidmətinin saytında prostat vəzi problemləri və xəstəlikləri ilə bağlı sorğular kəskin artıb (1000%).

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN