booked.netbooked.net booked.net  

Bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.
O, diqqətə çatdırıb ki, gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olublar.
İqtisadçı ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında yenidən artım müşahidə olunduğunu da bildirib.
"Turistlərin mənşə coğrafiyasında dəyişiklik davam edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan - 3,4 dəfə, Bəhreyndən - 2,7 dəfə, Səudiyyə Ərəbistanından - 2,7 dəfə, Hindistandan - 2,5 dəfə, Omandan - 2,4 dəfə, Özbəkistandan - 2,4 dəfə, Tacikistandan - 2,3 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Filippindən - 1,8 dəfə, İtaliyadan - 1,7 dəfə, İspaniyadan - 1,7 dəfə, Türkmənistandan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İordaniyadan - 1,6 dəfə, artıb.
Digər diqqəti çəkən məqam 2 illik azalmadan sonra yenidən körfəz ölkələrindən gələnlərin sayının artmasıdır. 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrdən gələnlərin sayının artması mövsümi faktorlar ilə bağlı olsa o regiondan ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə edilməkdədir", - deyə vurğulayıb.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN