booked.netbooked.net booked.net  

Azərbaycanda martın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, martın 10-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6°, gündüz 7-12° isti, dağlarda gecə 2-5°, yüksək dağlıq ərazilərdə 10°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN