booked.netbooked.net booked.net  

Ermənistan artıq hava limanında Rusiya sərhədçilərinin xidmət etməsini istəmir...

Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanında olmaları ilə bağlı yaranmış vəziyyətdən danışıb.

O bildirib ki, Ermənistan sərhəd qoşunları artıq respublikada yerləşən rusiyalı həmkarlarına hava limanında xidmətin onların iştirakı olmadan davam edəcəyi barədə məlumat veriblər.

Paşinyan qeyd edib ki, erməni sərhədçiləri təhlükəsizliyin və sərhəd nəzarətinin təmin edilməsində göstərdikləri xidmətə və köməyə görə Rusiya sərhəd qoşunlarına minnətdarlıq ediblər.

 Bu arada, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva rus sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı qurumdan göndərilən məktubu alıb.

 “Həqiqətən də bununla bağlı qurumdan məktub daxil olub və hazırda qurumlar arasında əlaqələr qurulur. İndi daha çox şey deyə bilmərəm”, - deyən Peskov əlavə edib ki, bütün mümkün səviyyələrdə təmaslar davam etdiriləcək.

 Qeyd edək ki, martın əvvəlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın Zvartnots hava limanında sərhəd xidməti məsələsində Rusiyanın köməyinə ehtiyac olmadığını iddia etmişdi.

 Bundan əvvəl, fevralın 27-də isə ölkənin milli məclisinin sədri Alen Simonyan bəyan etmişdi ki, Rusiya sərhədçiləri bu hava limanında fəaliyyətlərini dayandırmalıdırlar...

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN