booked.netbooked.net booked.net  

Pakistanın baş naziri Şehbaz Şərif bildirib ki, ölkə Rusiya ilə ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir.

“Geo” telekanalı xəbər verir ki, o, bunu Rusiyanın bu ölkədəki səfiri Albert Xorev ilə görüşündə deyib.

“Baş nazir Rusiya tərəfini iki ölkə arasında ticarət və investisiya əlaqələrinin mövcud səviyyəsinin artırılması yollarını müəyyən etmək üçün həmkarları ilə danışıqlar aparmaq üçün İslamabada nümayəndə heyəti göndərməyə çağırıb”, - Şərif deyib.

O, həmçinin Rusiya prezidenti Vladimir Putinin Pakistana rəsmi səfərə dəvət olunduğunu təsdiqləyib.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed əl Nəhyan Əbu-Dabidə Putinlə danışıqlarda ölkəsinin Rusiya ilə əlaqələrini möhkəmləndirməyə və gələcək inkişaf üçün əməkdaşlıq sahələrini genişləndirməyə davam edəcəyini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN