booked.netbooked.net booked.net  

Ağdam, Qəbələ, Qobustan, Balakən və İsmayıllı rayonlarından Kənd Təsərrüfatı Nazirliyinin qanunsuzluqlarına etiraz olaraq xeyli sayda kənd təsərrüfatı istehsalçısı KİV vasitələrinə müraciət edib.

Müraciətdə deyilir: "Dövlət bizə hər hektar üçün 20 manat pul verir. Həmin pulu almaq üçün banklara yaxınlaşırıq, ancaq pul kartlarının aktiv olmadığı və buna görə yerlərdə yerləşən DAİM bölmələrinə getmək lazım olduğunu söyləyirlər.
DAİM-də bizə deyirlər ki, hər bir kəs 2 manat Kənd Təsərrüfatı Nazirliyinin bank hesabına köçürməlidir ki, kart aktiv olsun. Onda elə dövlət bizə 18 manat versin. Bu nə bazar, bu nə özbaşınalıqdır? Azərbaycanda 2 milyondan artıq kənd təsərrüfatı məhsullarını istehsal edən adam var. Hər bir kəs 2 manat pul verəndə, bu, 4 milyondan çox edir. Bu milyonlar kimin cibinə gedir? Deyəsən, nazir İnam Kərimov da var-dövlət eşqinə düşüb. Bəs deyilmi rüşvət, korrupsiya? Niyə kəndçinin 20 manatına göz dikirsiniz. Biz buna etiraz edərək, dövlət qurumlarının təcili olaraq tədbir görməsini istəyirik".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN