booked.netbooked.net booked.net  

Ermənistanın Baş naziri Nikol Paşinyan söz verib ki, Türkiyəyə səfər edəcək...

 Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması davam edir. Xüsusi nümayəndələrin Moskvada ilk görüşünün olduğunu xatırladan XİN başçısı vurğulayıb ki, onlar mütəmadi olaraq telefonla əlaqə saxlayırlar: "Fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Antaliya Diplomatiya Forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Rubin Rubinyan Antalta diplomatiya forumunda iştirak edəcəklər. Ermənistanın Baş naziri Nikol Paşinyan da gələcəyini deyib. Gəlsələr, məmnun olarıq”.

Təbii ki, Ermənistanın siyasi rəhbərliyi türkiyə ilə də dost olmaqdan başqa yolun qalmadığını dərk edir. Amma dərk etmək yolun yarısıdır, bunu faydalı işə çevirmək lazımdır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN