Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanistan xarici işlər naziri Nikos Dendias ilə "Qalatasaray"a qarşı sərgilənən rəftara görə telefon vasitəsilə görüşüb.

Türkiyə KİV-nin yaydığı məlumata görə, Çavuşoğlu yunan həmkarı Dendias ilə keçirdiyi telefon danışığında "Qalatasaray"a qarşı kobud və yaxşı niyyət timsalı olmayan rəftarın qəbul edilməz olduğunu bildirib.Xarici işlər naziri Çavuşoğlu sosial media hesabında yaydığı açıqlamada: “"Qalatasaray" Futbol Komandamıza Yunanıstanda göstərilən və xoşməramlılıq, centlmenliklə üst-üstə gəlməyən rəftar rəftar qəbuledilməzdir. Türkiyə hər zaman idman komandalarının yanındadır”.

Ədalət və İnkişaf Partiyası sözçüsü Ömer Çəlik də sosial mediada hesabında: “Yunanıstanın "Qalatasaray" İdman Klubuna qarşı rəftarını qınayır və kobudluğun idmanda yeri olmadığını xatırladırıq. "Qalatasaray" dünyada tanınmış möhtəşəm komandadır. Yunanistan səlahiyyətlilərinin "Qalatasaray" komandasına etdikləri hörmətsizlik heç vaxt qəbul edilə bilməz. Bu rəftar onların əsas niyyətlərinin göstəricisidir. Dostluq və idmanla heç bir əlaqəsi olmayan belə davranışlar yaddaşlardan silinməz”,- deyə qeyd edib.

YASƏMƏN MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA