booked.netbooked.net booked.net  

“Taliban”  qızların da ali təhsil almaq hüququnun olduğunu inkar etmir.

Bunu bu gün Əfqanıstan Təhsil Nazirliyinin rəhbəri Abdul Baki Haqqani  söyləyib.

Haqqani vurğulayıb ki, sentyabrın 1 -dən etibarən universitetlərdə tələbə qızlar oğlan tələbələrdən ayrı -ayrılıqda təhsil alacaqlar:

 “Taliban”  qadınların ali təhsil almaq hüququnu inkar etmir, lakin onlar kişilərlə eyni siniflərdə təhsil  ala bilməzlər. Onlara bu hüququ vermək üçün tələbə qızlar "təhlükəsiz təhsil mühiti" alacaqlar”, - deyə vurğulayıb.

“TOLO News”un xəbərinə görə, Təhsil Nazirliyinin rəhbəri  "Taliban" ın tezliklə universitetlərin fəaliyyət göstərməsinə icazə verəcəyini, həmçinin universitet işçilərinə maaş ödənəcəyini də vəd edib.

Xatırladaq ki, “Taliban ” qruplaşması 15 gündür ki, Əfqanıstanda hakimiyyəti silah gücünə ələ keçirib. Bu müddət ərzində yüz minlərlə insan ev-eşiyindən didərgin düşüb, qaçqın həyatı yaşayırlar.  İllər öncəsi – 1996-cı ildə də Əfqanıstanın yarısını işğal etmiş “Taliban”  qruplaşması  2001-ci ilədək ölkəni  “şəriət qanunları” ilə idarə etdi. Onlar qadınlara ali təhsil almağı qadağan etdi,  8 yaşadək qızlara isə yalnız dini təhsil almaq icazəsi verilirdi. Qadınlar üçün tibb sahəsi xaric, digər iş yerlərində çalışmaq qadağan edildi, onlara yalnız qadın xəstələrə qulluq etmək imkanı verilirdi. Lakin qadın həkim personalının da çoxu təcavüz qorxusundan iş yerlərini tərk etmişdi. 

“Taliban” ikinci gəlişində hər nə qədər dəyişdiyini, ümumilikdə insanlara qarşı daha fərqli davranış sərgiləyəcəyini bildirsə də, artıq bir çox sahələrdə tətbiq etdiyi  qadağaları ilə insanlarda yenidən inamsızlıq yaratmaqdadır. Qızların və oğlanların ayrı -ayrılıqda təhsil alacağını bildirən Haqqani isə qız tələbələrə kişi müəllimlərin, yaxud əksinə, oğlan tələbələrə qadın müəllimlərin dərs keçib-keçməyəcəyi barədə məlumat verməyib. Əgər bu qadağa da olarsa,  bu dəfə də müəyyən ixtisas fənləri üzrə müəllim çatışmazlığının yaranacağı qaçılmazdır.

Qeyd edək ki, 20 il əvvəl Əfqanıstanda “Taliban”  hakimiyyətinin ömrü cəmi 5 il çəkmişdi. ..

Lakin kimin hakimiyyətdə təmsil olunmasından asılı olmayaraq, əfqan xalqının da bütün hüquq və azadlıqlarınnı qorunduğu hüquqi dövlətdə, sivil cəmiyyətdə yaşamaq haqqı var. 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN