Ötən il sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Azərbaycan Ordusunun bu möhtəşəm qələbəsi haqqında təbii ki, bundan sonra çox kitablar yazılacaq, filmlər çəkiləcək. Ancaq indidən əminliklə deyə bilərik ki, cəbhədəki uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət siyasəti, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə qiymətlidir.

Vətən müharibəsində qazanılan qələbədə, xalqımıza yaşadılan zəfər dolu günlərdə payı olan igid oğullarımızdan biri də Elnur Ağacanovdur. Əslən Lerik rayonunun Tikıband kəndindən olan Elnur Arif oğlu Ağacanov 1991-ci il aprelin 4-də Rusiya Federasiyasının Orenburq vilayətində anadan olub.

1992-ci ildə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşamağa başlayıb. Mərdəkan qəsəbəsində 181 nömrəli orta məktəbi bitirib və "N" saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra SOCAR-da mühafizəçi vəzifsində çalışıb. 2012-ci ildə Bakı Olimpiya Stadionunun mühafizəsinin növbə rəisi təyin edilib. 2015-ci ildən 2016-cı ilə qədər mühafizə rəisinin müavini, 2016-2017-ci illərdə Sanqaçal terminalının Şahdəniz-2 yatağının təhlüksizliyində işləyib. 2018-2020-ci illərdə Rusya Fedrasiyasının Amur viayətində müxtəlif şirkətlərdə çaışıb. Orada olarkən Xocalı soyqırımı və Milli Qəhrman Mübariz İbrahimov haqqında fotoşəkillər və videolar paylaşaraq Azərbaycanı təbliğ edib. Rəhbərlik etdiyi təşkilatdan 6 ermənini işdən kənarlaşdırıb və buna görə bir çox problemlərlə, təqiblərlə üzləşib. Hətta Elnur Ağacanovu öldürmək istəyiblər, amma bacarmayıblar. O səbəbdən ki, Elnur təhlükəni əvvəlcədən hiss edərək yaşadığı ünvanı dəyişib. Buna baxmayaraq, Rusiya Federasiyasında yaşayan erməni əsillilər tərəfindən Elnurun qaldığı ev yandırılır.

Bu hadisədən sonra Elnur Ağacanov vətənə dönərək könüllü şəkildə döyüşə yazılır. İkinci Qarabağ müharibəsinin ilk günlərində ailəli və iki övladı olan Elnur Ağacanov döyüşə qatılır. Həmin vaxt döyüşlər Füzuli, Xocəvənd və Cəbrayıl istiqamtində gedirdi və artıq döyüşçülərimiz Şuşaya doğru yol alırdılar. Elnur döyüşə atıldığı andan öz gücünü göstərir. Döyüş zamanı o, çoxlu sayda əsgərə ilk tibbi yardım edir. Çünki o, bu sahədə təlimatlı idi.

Elnur Ağacanov bizimlə söhbətində o anları belə xatırladı: "Sentyabrın 13-də çox itkimiz oldu. 12 şəhid, 20-dən artıq yaralımız vardı. Yaralılara tibbi yardim etdim, onları ərazidən necə çıxarmağın palanını qurdum. Bu işi ermənilərin maşını ilə həyata keçirdim. Çünki yaralılar qanaxmadan həyatlarını itirə bilərdilər. Elə bu zaman düşmən bizi artilleriya atəşinə tutdu. Beləliklə, tabor komandiri Elman Vəliyeva məruzə etdikdən sonra düşmənin nəzarətində olan ərazidən yaralılarımızı kordinatla çıxartmaq üçün çox çətnliklə də olsa, komanda heyətindın icazə ala bildim. Yaralılara özümü xüsusi təyinatlı kimi təqdim etdim ki, mənə inamları olsun. Qeyd etdiyim kimi, ilk tibbi yardım göstərib, düşmənin öz maşını ilə postlarını dağıdıb yaralıları mühasirədən çıxartmağa müvəffəq oldum.

Bundan başqa, "N" saylı hərbi hissə ilə bərabər Hadrut yüksəkliyinin alınmasında xüsusi təyinatlılarla birgə döyüşlərə qatıldım. Bunu tabur, briqada komandirim və zabit heyəti təsdiq edə bilərlər. Düşmənin bir neçə canlı qüvvəsini məhv etmişəm. Hadrut yüksəkliyində döyüşərkən yaralandım. Bunu da komanda heyətlərindən Zaur Rəhimov, Rəşid Tunayev, Əhmədov Elmar və Mayor Qarayev təsdiqləyə bilərlər. Həmin döyüşdə düşmən bizim mövqeyi ələ keçirmək istəyirdi, amma bizə kömək gələndən sonra sonadək dayandıq və bir qarış da geri çəkilmədik. Sonra məni Qəbələ hospitalına, daha sonra Sabirabad hospitalına apardılar ki, yenidən döyüşə qayıtmayım. Etirazımı bildirdim ki, niyə mənim döyüşə qayıtmağıma icazə vermirlər? Nəhayət, ərizə yazandan sonra məni döyüşə yolladılar.

Növbəti döyüşüm Şuşa istiqamətində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində oldu. Onu da xüsusi vurğulamaq istəyirəm ki, taborda hər zaman döyüşə öncə özüm getmişəm. Axı şir həmişə öndə gedir".

Bəli, necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Ordumuzun kəmiyyət və resurslar baxımından güclü, əsgər və zabitlərimizin Elnur Ağacanov kimi yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə, döyüşdə təslim olmasına gətirib çıxartdı.

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc edilib: İstiqamət: 6.3.10.)

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 25 January 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA