Müğənni Aygün Kazımova 18 sentyabr Milli Musiqi Günü münasibətilə yeni “Lya lya Fa” mahnısını təqdim edib. Mahnıya uyğun şəkilləri isə, fotoqraf Ruslan Nəbiyev lentə alıb.

P.S. Aygün xanımın soyunmuş vəziyyətdə təqdim olunmuş şəklindən görünür ki, yeni “Lya lya Fa” mahnısı çılpaqdır, ətə-qana gəlməyib, duzu, istiotu qaydasında deyil. Aygün xanımın da Allah xasiyyətini kəssin. Bu Allah saxlamışa deyən lazımdır ki, daha 50 yaşını keçmisən, heç olmasa, bundan sonra əyninə paltar geyin dayna. Özü də soyunub çılpaq qoyduğun güngörməzini çevirmisən tamaşaçılara. Daha yekə arvadsan ey, 18 yaşında deyilsən, ayıbdır axı... Bıy, dilim, ağzım qurusun, Aygün nə bilir axı ayıb nə olan şeydir? Bu zalımın qızı ayıb yerlərini, keçi kimi çöldə qoymağı bacarır, amma ayıbın nə olduğunu 50 yaşında da anlamadı ki, anlamadı...

Xalq artisti, milyonların sevimlisi, əvəzolunmaz səs sahibi, vətən fədaisi Flora Kərimova şəhərin yollarında olan yeraltı keçidlərin birində gitara çalan gənclə birlikdə “ Necə unudum səni” mahnısını oxuması, sosial şəbəkələrdə çox böyük maraqla qarşılanıb və diqqətə səbəb olub.

P.S. Bu, bir daha göstərir ki, Flora xanım böyük sənətkar olduğu kimi, həm də böyük şəxsiyyətdir. Gəlin, açıq etiraf edək, üzdə olan hansı müğənni, küçədə pul qazanmaq xatirinə çalıb oxuyan biri ilə belə duet oxumağı özünə yaraşdırardı? And içirəm şou əhli müğənnilərin o əziz canına ki, heç biri. Səsi, sənəti olmayan içi də boş olan belə müğənniləri, sponsorları harınladıb və onların gözlərini pul nətəhər örtübsə, nəinki küçədə çalıb-oxuyan gənci, hətta ayaqlarının altını belə görmürlər. Biz isə onların həm şəxsiyyət, həm də sənətkar kimi heç kim olduqlarını yaxşı görürük. Necə deyərlər, “ Dəvəquşu başını kolluğa soxdu və elə bildi ki, onun arxasını görən yoxdur...

Aktyor Elməddin Cəfərovun “oğlum kimi alır-  alsın, müğənni almasın...” fikirlərinə müğənni Roza Zərgərli etiraz edərək, deyib: ”Elməddin aktyordur, bəs ona niyə qız veriblər ki?“ Bu qalmaqala xalq artisti Ramiz Məlik də qoşularaq Elməddinə dəstək olmasına görə Roza Zərgərli belə cavab verib: ”Bunun iti ölüb, eşşəyi asqırır. Bu Ramiz müəllim, mənim aparacılıq etdiyim “Bakı vaxt ilə” verilişində qonaq olmadığına görə, reytinq axtarışındadır. Eybi yoxdur, bir gün verilişimə gələr, ona reytinqin nə olduğunu göstərərəm”.

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA