booked.netbooked.net booked.net  

...İranlı Ayətullah Seyid Həsən Amelinin məlum açıqlaması Azərbaycanda etirazla, Ermənistanda isə təbii olaraq seninclə qarşılanıb... Bu da təbiidir, çünki ermənilər 44 günlük müharibə məğlubiyyətlərinin kədər və müsibətini nə iləsə təsəlli kimi əvəzləməlidir. Amma bizi mollanın əleyhimizə olan çıxışı yox, Ermənistan KİV-lərindəki mollanın çıxışına rəğbətli yazıların, yaxud feyk məlumatların Azərbaycan saytlarında tirajlanmasıdır.
Keçmiş səfir Vilayət Quliyevin FB statusu da bu mənada diqqəti çəkir:
-Deməli, ərdəbilli mollanın "şirin quyruğu" nağılı Ermənistanda böyük çoşqu yaradıb. Zavallılar yaman sevincək olublar. Rus və ingilisdilli erməni saytlarında "İran Azərbaycana sərt mesaj verdi", "İran Azərbaycana yerini göstərdi" tipli xəbərlər paylaşılıb. Belə çıxır ki, bu mollabala İran dövlətini təmsil edir... Təəssüf ki, bizdə də ərdəbilli molla ilə İran dövlətini bir tərəziyə qoymaq təşəbbüsləri oldu. Yazdılar ki, bəli şirin quyruğu ilə məzələnənlər gərək İranın 550 min nəfərlik nizami ordusunun, 600 min nəfərlik ehtiyat qüvvələrinin, topunun, topxanasının olduğunu unutmasınlar. Yəni sosial şəbəkədə fəallıq edənləri qorxutmaq istədilər ki, baxın ha, mollabalanın sözünün üztünə söz desəniz qarşınızda İranın ərteşini, sipahını və s. görəcəksiniz. Dövlətimizin İran siyasəti həmişə ölçülü-biçili olub. Dəfələrlə bəyan edilib ki, tarix, din, dil, mədəniyyət baxımından xeyli bağlarımız var. Azərbaycan həmişə İrana münasibətdə səmimi qonşuluq münasibəti sərgiləyib, heç vaxt bu ölkənin daxili işlərinə qarışmayıb, həmişə ikitərəfli və regional əməkdaşlıq niyyətini açıqlayıb. Amma hansısa mollanın sözündən insanlarımız niyə qorxmalıdırlar? Doğrusu, bu məsələ mənə bir az qaranlıq qaldı...
*** 
Bəli, qaranlıq məsələlər çoxdur... Müsəlman ölkəsi olan İranın bəzi məmurlarının islam ölkəsi Azərbaycanın əleyhinə söylədikləri düşmənlərimizi sevindirirsə, bu artıq ciddi və qaranlıq məsələdir...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN