Yüklənir. Zəhmət olmasa gözləyin...
  



Saytda axtar!
  • GÜNDƏM
  • SİYASƏT
  • HADİSƏ
  • SOSİAL
  • KRİMİNAL
  • VİDEO
  • CƏMİYYƏT
  • İDMAN
  • DÜNYA
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
ŞİRVANDA QƏTLİ TÖRƏDƏNLƏR HƏBS EDİLDİ

ŞİRVANDA QƏTLİ TÖRƏDƏNLƏR HƏBS EDİLDİ

Prezident İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi

Prezident İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi

Abşeronun İcra başçısının bacısı oğlu həbs edildi-RƏSMİ

Abşeronun İcra başçısının bacısı oğlu həbs edildi-RƏSMİ

TRTAJANS KOMANDASI İLK ONLAYN KONFRANSINI KEÇİRDİ-FOTO

TRTAJANS KOMANDASI İLK ONLAYN KONFRANSINI KEÇİRDİ-FOTO

“Biləcəri təmir-quraşdırma”nın  6 illik problemi həll olunma ərəfəsində

“Biləcəri təmir-quraşdırma”nın 6 illik problemi həll olunma ərəfəsində

ŞAMAXININ PROKURORU QƏRARI QOYUN-QUZUNUN SAYINA GÖRƏ VERİR?

ŞAMAXININ PROKURORU QƏRARI QOYUN-QUZUNUN SAYINA GÖRƏ VERİR?

  • 09:15 Jurnalist Qaşıqçının qətlində Səudiyyə şahzadəsinin əli var?- ABŞ
  • 19:11
    İranın “Mehr” xəbər agentliyi əməkdaşının qərəzli sualı və...
  • 14:50
    Qırğızıstan prezidenti Sadır Japarov Putinə qılınc bağışlayıb
  • 13:52 Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 12:12 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi jurnalistlərdən xahiş etdi...
  • 09:46
    Şəkidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
  • 20:34 Putinlə Paşinyan arasında telefon danışığı olub
  • 19:18 Arvadını döyüb öldürdü və həbs edildi
  • 17:03
    PAŞİNYANIN SƏRƏNCAMI İLƏ YÜKSƏK RÜTBƏLİ HƏRBÇİLƏRİN BİR QRUPU HƏBS EDİLƏCƏK
  • 14:51
    Пашинян заявил, что уволенные им военачальники остаются его "братьями"
  • 14:41 DİN: Abidənin ətrafında insanların toplaşması yolverilməzdir
  • 14:31
    Paşinyan tərəfdarlarının qarşısına çıxdı-VİDEO



Həftəbecər

Xəbərin çap versiyası
Tarix: 26/1/2021
image here

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın instagram səhifəsində tanınmış aktyor Toni Koma ilə burun-buruna, nəfəs-nəfəsə olan şəklini paylaşması izləyicilərin diqqətinə və təəccübünə səbəb olub.
P.S. Doğrudan da təəccüblüdür. Axı, anası Rəqsanə xanım, adamın başınnı üstündə Allah var, uzun illər gözümüzün qabağında kimə salam veribsə, hamısı öz millətimizdən olub. Bu cəhətdən Rəqsanə çox vətənpərvər xanımdır. Amma bu Aysun canıyanmış əcnəbi kişisi ilə burun-buruna, nəfəs-nəfəsə durmaqla papağımızı, əməlli başlı yerə soxdu. Adama deyərlər, sən bu boyda respublikada və respublikadan kənarda bir azərbaycanlı tapmadın ki, onunla burun-buruna, nəfəs-nəfəsə, göz-gözə, dodaq-dodağa və nə bilim, daha nəyin-nəyə... durasan? Sən öləsən, uşaqda fərasətə bax ee, mən ölüm! Belə yerdə deyiblər də, “qızı anasından bir çömçə artıq olmasa, haramdır”.

***

Müğənni Nadir Qafarzadənin (“big.az” saytı nədənsə, Nadiri yazıda bir neçə dəfə Nazir kimi yazıb) instagram səhifəsində müğənni Ayan Babakişiyeva ilə çəkilmiş səmimi şəkillərini paylaşması diqqətə səbəb olub. Qeyd edilib ki, həmin şəkillər hansısa klip çəkilişi zamanı lentə alınıb.
P.S. Ay alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir Qafarzadə, adamda abır-həya deyilən bir şey olar axı... Ötən il televiziyadakı verilişlərin birində müğənni Mətanət Əsədovanın “ay Allah, bu nə gözəldir, bu nə şirindir” deyə-deyə neçə dəfə, gah o üzündən, gah bu üzündən maç-muç elədin, dinmədik. İndi də klip bəhanəsi ilə özgənin qızını, yəni Ayanı arxadan qucaqlayıb, əllərini də gətirib qabaqdan sinəsinə sıxaraq çarpazlamısan. Öz xanımına hörmət qoymursansa, heç olmasa, bu boyda xalqa hörmət qoy də... Hörmət, böyük-kiçik, ədəb-ərkan, abır-həya barədə nəsə eşitmisənmi, a Nadir? Amma 44 günlük Vətən savaşında oğlanlarını döyüşə göndərməyib, yaxşı gizləyə bilmisənsə, deməli, heç olmasa, vətənpərvərliyin varmış...
***
Ötən həftə Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayıb və səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB-in sədri Ramin Bayramlı ilə birlikdə, Bakı Sağlamlıq Mərkəzində birincilər sırasında peyvənd olundular.
P.S. Burada iki maraqlı məqam var: birincisi, bu andıra qalmış koronavirus çıxandan nazir Oqtay Şirəliyev də yoxa çıxmışdı, amma virusa qarşı vaksin çıxan kimi nazir ortaya çıxdı. İkincisi, az qala Səhiyyə Nazirliyinin bütün funksiya və səlahiyyətlərini mənimsəyən TƏBİB-in sədri Ramin Bayramlı ilə nazir Oqtay Şirəliyevin eyni gündə, eyni vaxtda vaksinasiya olunması necə də sakitliklə keçdi. İki bir-birinə düşmən olan qütblər niyə yaxınlaşan kimi partlayış baş vermədi?
***
44 günlük müharibədə uduzan və iqtisadi-siyasi vəziyyəti getdikcə it gününə düşən Ermənistan rəhbərlərinə həm Azərbaycan, həm də Türkiyə prezidenti dəfələrlə bəyan ediblər ki, Ermənistan qonşularına qarşı ərazi iddialarından əl çəksə, enerji layihələrindən onlara da pay düşər. Yəni, hər iki dövlət düşmən də olsa, Ermənistana əl uzadırlar ki, iqtisadiyyat bataqlığında boğulmasınlar. Amma hər iki dövlətin uzatdığı yardım əlini ermənilər “yox, yox, mən səndən küstərəcik” prinsipi ilə hələ ki, tutmurlar.
P.S. Əşi, tutmur? Belə cəhənnəmə tutsun, gora tutsun. Onda, kustərəcik, ay küstərəcik, biz də ona quyruq göstərəcik, yox, yox, dron göstərəcik. Bu da təsir etməsə, Prezidentimizin dəmir yumruğu ehtiyat variant kimi hazırdır.
***
“ARB TV-nin” “Heç vaxt heç yerdə” verilişində qonaq olan, müğənni sayılan Afət Fərmanqızı “Nizami ili” haqqında danışarkən deyib: “Nəsimidən oxudum maşın aldım, Nizamidən də oxuyub təyyarə alacağam”.
P.S. Allah bu Afətin xasiyyətini kəssin, dedisə, mütləq eləyəcək. O şey ki, onda var... nədi onun adı, hünər, təpər... - təyyarə də alar, hələ desən qatar da, gəmi də.
***
Əməkdar artist Nahidə Orucova “Onun sirri” proqramında “Vaxtilə SSRİ xalq artisti, rəhmətlik Məlik Dadaşovun, özündən 6 yaş kiçik olan subay sürücüsü ilə 20 il gizli eşq yaşadığını bildirərək deyib: “Həmin şəxsi 2 il əvvəl məcburi evləndirdilər. Öz toy gecəsi mənim yanıma gəlmişdi, artıq 2 ildir təkəm və ömrümün sonuna qədər də tək qalacağam”.
P.S. Rəhmətliyin qızı, özündən 6 yaş kiçik, subay bir adamın 20 il sokunu elə çəkmisən ki, bu “zaryadka” sənə əlbəttə, ömrünün axırına qədər bəsdir. Nahidə xanım, nəzərə alsaq ki, bu il iyunun 18-də sənin 60 yaşın olacaq, onda belə sual yaranır: - Bu yaşdan sonradamı kiminləsə əlaqə qurmaq arzun var ki, ondan imtina edib, tək qalmaq fikrindəsən? Amma sən 32 yaşlı subay bir gənci qocaldıb 2 il əvvəl, 52 yaşında evlənməsinə səbəbkar olduğun üçün elə günaha batmısan ki, tək olacağın qalan ömründə hər gün yuxuda “kaşmar”, yəni qorxulu yuxular görəcəksən. Ömür də ki, vəfasız və çox qısadır.
***
Son vaxtlar əhalinin “SMART” tipli qaz sayğaclarının “Azəriqaz” tərəfindən yeni mexaniki qaz sayğacları ilə əvəzlənməsi ciddi narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan narazılıqdan aydın olur ki, yeni mexaniki qaz sayğacları əvvəlkindən iki-üç dəfə artıq pul yazır. Buna münasibət bildirən “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov belə deyib: “Bu qurğular standartlara cavab verir, ölkəyə gətiriləndən sonra test olunur, yoxlanılır, daha sonra istismara verilir”.
P.S. Çox gözəl, çox əla, çox super, çox fısqırıq və s. Hörmətli Ceyhun müəllim, əvvəla, hazırda normal işləyən və heç bir narazılıq yaratmayan “Smart” tipli elektron sayğacların, bu yüksək texnologiya əsrində mexaniki sayğaclarla dəyişdirilməsinə nə ehtiyac vardı? İkincisi, o test və yoxlamada elə xoruzun quyruğu görünür də... İndi kim zəmanət verə bilər ki, məhz o testlə yoxlamada sayğaclara barmaq eləyərək “Azəriqaz” bizləri qazlamır?
***
Prezidentin sabiq köməkçisi Əli Həsənov haqqında “xaricdə tutularaq Bakıya gətirilməsi” iddiasına cavab olaraq, özünün facebook səhifəsində belə yazıb: “Mən oktyabr ayının 1-dən Bakıdayam və məni heç bir iş üzrə, heç bir yerdə sorğulamayıblar”.
P.S. Əli müəllim, niyə narahat olursunuz ki? KİVDF-nin sabiq icraçı direktoru, ən yaxın silahdaşınız sayılan və bu günlərdə həbs olunmuş Vüqar Səfərli hələ danışmağa başlamayıb axı. Vüqar Səfərlinin kələyi... üzr istəyirəm, küləyi, hələ ki, jurnalistlərin binasını tikən iş adamı Mehrac Babayevi “vurur”. Gedişat göstərir ki, bu “tufana” hələ çox adamlar düşəcək...
***
Mətbuatdan məlum olur ki, Hacıbala Abutalıbov Bakının meri işlədiyi dövrdə Səbail rayon sakini Faiq Novruzovun atası Elmir Novruzova məxsus kupçalı mülkü heç bir kompensasiya ödəmədən dağıdıb.
P.S. Rəhmətliyin uşağı, əmin olun, Hacıbala müəllim təkcə bir vətəndaşın mülkiyyətini yox ee, işlədiyi dövrdə az qala bütün Bakını tikib, dağıdıb.

ELÇİN
[email protected]

Həftəbecər


Нравится
         
Tweetle

Fikrini bildir
Ваше Имя:
Ваш E-Mail:
winkwinkedsmileam
belayfeelfellowlaughing
lollovenorecourse
requestsadtonguewassat
cryingwhatbullyangry
Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri  müzakirə edilib

13:52 Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib

İstanbuldan gələn şəxsdən psixotrop maddə və kokain aşkarlandı - video

14:05 İstanbuldan gələn şəxsdən psixotrop maddə və kokain aşkarlandı - video

Ramiz Mehdiyev AMEA əməkdaşlarının bağ sahələrini geri alır-QALMAQAL

10:47
Ramiz Mehdiyev AMEA əməkdaşlarının bağ sahələrini geri alır-QALMAQAL

“Biləcəri təmir-quraşdırma”nın  6 illik problemi həll olunma ərəfəsində

12:00
“Biləcəri təmir-quraşdırma”nın 6 illik problemi həll olunma ərəfəsində

“Azərbaycanın qələbəsi bütün türk dünyası üçün qürur və xoşbəxtlikdir”

22:11 “Azərbaycanın qələbəsi bütün türk dünyası üçün qürur və xoşbəxtlikdir”

Bu şəxslər Azərbaycandan Türkiyəyə gedə BİLMƏYƏCƏKLƏR

16:14 Bu şəxslər Azərbaycandan Türkiyəyə gedə BİLMƏYƏCƏKLƏR

DÜNYANIN...-VAHİD ƏZİZ

17:12
DÜNYANIN...-VAHİD ƏZİZ

Gürcüstanda icma nümayəndələri Xocalı soyqrımı ilə bağlı prezidentə müraciət ünvanlandı

09:54
Gürcüstanda icma nümayəndələri Xocalı soyqrımı ilə bağlı prezidentə müraciət ünvanlandı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva QARABAĞDA - VİDEO

14:15
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva QARABAĞDA - VİDEO

Reklam yeri

  • 09:57
    "Şuşanın alınması, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir"
    "Şuşanın alınması, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir"
  • 09:15 Jurnalist Qaşıqçının qətlində Səudiyyə şahzadəsinin əli var?- ABŞ Jurnalist Qaşıqçının qətlində Səudiyyə şahzadəsinin əli var?- ABŞJurnalist Qaşıqçının qətlində Səudiyyə şahzadəsinin əli var?- ABŞ
  • 22:06 "Yeni hərbi bölmələrin mühəndis-istehkamçı batalyonlarının formalaşmasına göstərişlər vermişəm" "Yeni hərbi bölmələrin mühəndis-istehkamçı batalyonlarının formalaşmasına göstərişlər vermişəm"
  • 20:28
    J’Accuse…!- “İttiham edirəm!” - Fransa senatoru Valérie Boyerə mesaj
    J’Accuse…!- “İttiham edirəm!” - Fransa senatoru Valérie Boyerə mesajJ’Accuse…!- “İttiham edirəm!” - Fransa senatoru Valérie Boyerə mesaj
  • 20:12
    Xocalı qurbanlarının xatirəsi Şuşada anılıb-VİDEO
    Xocalı qurbanlarının xatirəsi Şuşada anılıb-VİDEOXocalı qurbanlarının xatirəsi Şuşada anılıb-VİDEO
  • 19:34 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq"
  • 19:20 ŞİRVANDA QƏTLİ TÖRƏDƏNLƏR HƏBS EDİLDİ ŞİRVANDA QƏTLİ TÖRƏDƏNLƏR HƏBS EDİLDİŞİRVANDA QƏTLİ TÖRƏDƏNLƏR HƏBS EDİLDİ
  • 19:11
    İranın “Mehr” xəbər agentliyi əməkdaşının qərəzli sualı və...
    İranın “Mehr” xəbər agentliyi əməkdaşının qərəzli sualı və...İranın “Mehr” xəbər agentliyi əməkdaşının qərəzli sualı və...
  • 18:52
    Türkiyədə istehsal edilən ən müasir silahlar Azərbaycana gətiriləcək...
    Türkiyədə istehsal edilən ən müasir silahlar Azərbaycana gətiriləcək...Türkiyədə istehsal edilən ən müasir silahlar Azərbaycana gətiriləcək...
  • 18:17
    "ÇƏTİN ADAM"...-Vahid ƏZİZ
    "ÇƏTİN ADAM"...-Vahid ƏZİZ
  • 18:03
    “Yamaq” işlər- Yunus Oğuz Yazır
    “Yamaq” işlər- Yunus Oğuz Yazır“Yamaq” işlər- Yunus Oğuz Yazır
  • 17:48
    Путин обсудил с Совбезом урегулирование в Нагорном Карабахе
    Путин обсудил с Совбезом урегулирование в Нагорном КарабахеПутин обсудил с Совбезом урегулирование в Нагорном Карабахе
  • 17:37
    Zori Balayan: “9-11 yaşlı qız meyitinin sinəsinə basıb yeridim”
    Zori Balayan: “9-11 yaşlı qız meyitinin sinəsinə basıb yeridim”Zori Balayan: “9-11 yaşlı qız meyitinin sinəsinə basıb yeridim”
  • 17:12
    DÜNYANIN...-VAHİD ƏZİZ
    DÜNYANIN...-VAHİD ƏZİZDÜNYANIN...-VAHİD ƏZİZ
  • 16:35
    ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ: ALİ MƏHKƏMƏ ÖTƏN İL 126 QƏRARINI LƏĞV EDİB
    ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ: ALİ MƏHKƏMƏ ÖTƏN İL 126 QƏRARINI LƏĞV EDİBŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ: ALİ MƏHKƏMƏ ÖTƏN İL 126 QƏRARINI LƏĞV EDİB
  • 16:27 Şirvanda dəhşətli QƏTL: Qadının ağzını, əllərini skoçla bağlayıb... Şirvanda dəhşətli QƏTL: Qadının ağzını, əllərini skoçla bağlayıb...Şirvanda dəhşətli QƏTL: Qadının ağzını, əllərini skoçla bağlayıb...
  • 16:13
    Prezident İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi
    Prezident İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdiPrezident İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi
  • 15:58
    Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü
    Azərbaycanda daha 4 nəfər koronavirusdan öldüAzərbaycanda daha 4 nəfər koronavirusdan öldü
  • 15:45 Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydıTürkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
  • 15:31 Yerevanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılar Yerevanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılarYerevanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılar
  • 15:16
    Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
    Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQGüclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • 14:50
    Qırğızıstan prezidenti Sadır Japarov Putinə qılınc bağışlayıb
    Qırğızıstan prezidenti Sadır Japarov Putinə qılınc bağışlayıbQırğızıstan prezidenti  Sadır Japarov Putinə qılınc bağışlayıb
    Qırğızıstan liderinin Moskva səfəri dövlət başçısı kimi ilk rəsmi səfəri idi
  • 13:52 Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilibAzərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri  müzakirə edilib
  • 13:33 AİJA RƏHBƏRLİYİ BDU-NUN JURNALİSTİKA FAKÜLTƏSİNDƏ OLDU AİJA RƏHBƏRLİYİ BDU-NUN JURNALİSTİKA FAKÜLTƏSİNDƏ OLDUAİJA RƏHBƏRLİYİ BDU-NUN JURNALİSTİKA FAKÜLTƏSİNDƏ OLDU
  • 13:21 “Yeni Baş nazir Gürcüstanı ABŞ-ın əlində alət olmağa imkan verməyəcək” “Yeni Baş nazir Gürcüstanı ABŞ-ın əlində alət olmağa imkan verməyəcək”“Yeni Baş nazir Gürcüstanı ABŞ-ın əlində alət olmağa imkan verməyəcək”
  • 12:51 “Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir” “Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir”“Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir”
  • 12:12 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi jurnalistlərdən xahiş etdi... Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi jurnalistlərdən xahiş etdi...Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi jurnalistlərdən xahiş etdi...
  • 11:44 "Azİz" Assosiasiyası beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıb "Azİz" Assosiasiyası beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıb
  • 11:04 "Bəşəriyyətə qarşı cinayəti unutmadıq, unutmayacağıq" "Bəşəriyyətə qarşı cinayəti unutmadıq, unutmayacağıq"
  • 10:30 “Beynəlxalq səviyyədə Xocalı soyqırımına tam hüquqi və siyasi qiymət verilməyib” “Beynəlxalq səviyyədə Xocalı soyqırımına tam hüquqi və siyasi qiymət verilməyib”“Beynəlxalq səviyyədə Xocalı soyqırımına tam hüquqi və siyasi qiymət verilməyib”
  • 09:57
    Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib
    Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edibPrezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib
  • 09:46
    Şəkidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
    Şəkidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilibŞəkidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
  • 09:07
    Xocalı soyqırımından 29 il ötür
    Xocalı soyqırımından 29 il ötürXocalı soyqırımından 29 il ötür
  • 22:11 “Azərbaycanın qələbəsi bütün türk dünyası üçün qürur və xoşbəxtlikdir” “Azərbaycanın qələbəsi bütün türk dünyası üçün qürur və xoşbəxtlikdir”“Azərbaycanın qələbəsi bütün türk dünyası üçün qürur və xoşbəxtlikdir”
  • 21:03
    RƏSSAM PƏRİ MİNİATÜR MƏHKƏMƏYƏ VERİLİB-SƏBƏB
    RƏSSAM PƏRİ MİNİATÜR MƏHKƏMƏYƏ VERİLİB-SƏBƏBRƏSSAM PƏRİ MİNİATÜR MƏHKƏMƏYƏ VERİLİB-SƏBƏB
  • 21:03
    RƏSSAM PƏRİ MİNİATÜR MƏHKƏMƏYƏ VERİLİB-SƏBƏB
    RƏSSAM PƏRİ MİNİATÜR MƏHKƏMƏYƏ VERİLİB-SƏBƏBRƏSSAM PƏRİ MİNİATÜR MƏHKƏMƏYƏ VERİLİB-SƏBƏB
  • 20:34 Putinlə Paşinyan arasında telefon danışığı olub Putinlə Paşinyan arasında telefon danışığı olubPutinlə Paşinyan arasında telefon danışığı olub
  • 19:43
    “Ağdamda gördüklərim məndə dəhşətli təəssürat yaradır”
    “Ağdamda gördüklərim məndə dəhşətli təəssürat yaradır”“Ağdamda gördüklərim məndə dəhşətli təəssürat yaradır”
  • 19:18 Arvadını döyüb öldürdü və həbs edildi Arvadını döyüb öldürdü və həbs edildiArvadını döyüb öldürdü və həbs edildi
  • 18:35 Baş Prokurorluğun əməkdaşları beynəlxalq onlayn təlimdə iştirak edib Baş Prokurorluğun əməkdaşları beynəlxalq onlayn təlimdə iştirak edibBaş Prokurorluğun əməkdaşları beynəlxalq onlayn təlimdə iştirak edib
  • 18:12 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. Bizimlə əlaqə : Tel/Faks: 510-18-49/510-17-74
 

Copyright © 2014 Bütün hüquqları qorunur.