booked.netbooked.net booked.net  

Az əvvəl xəbər vermişdik ki, sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisinin rəsmi iş kabinetində etikadan kənar biabırçı işlərlə məşğul olmasına dair videogörüntülər yayılıb. 

Məlum olur ki, bu əməlin "baş qəhrəmanı" FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Fizuli Əsədovun koməkcisi, polkovnik Zaur Mirzəyevdir. Bu yaramazın yayılan videogörüntülərindən bəlli olur ki, o, kabinetində-köməkçisi olduğu generalın bir metrliyində belə yaramaz işlər tutmağa risq edirmiş... Və bu gizli  videoları da özü çəkirmiş... Bu, özbaşınalığın son həddi deməkdir! Bu, FHN naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumda baş verən hadisələrdəki məsuliyyətsizlyin son həddidir! Bu artıq o deməkdir ki, bu boyda nazirliyin imici heç olub getdi. Məlum Baş İdarədə yüzlərlə qadın-qız, ana çalışırdı, kimisi ərə gedib, kimisi ana olub, kimisi nənə... Şübhələrin həddi-sərhədi hara gedir, özünüz təsəvvür edin. Və düşünün ki, həm də ictimai sual yaranır: adi bir köməkçi belə əmələ könül veribsə, onda gör...

***

Qısası, bu videoları özü tərəfindən çəkilən Zaur Mirzəyev məşhər ayağına çəkilməlidir! Bu da bizim polkovnikimiz! Bütün hallarda FHN-nin- bu dövlət qurumunun adına və orada çalışan ləyaqətli, mədəni, tərbiyəli... işçilərinin ümumi imicinə ağır zərbə vuran Zaur adlı polkovnikin məlum əməli gec də olsa hüquqi qiymətini almalıdır... 

Bu dəqiqələrdə məlumat aldıq ki, məsələ ən yüksək səviyyədə müzakirə edilib və nazir Kəmaləddin Heydərov PA-ya çağrılıb, yaxın zamanlarda istefa verəcəyi bildirildi... Bunun nə dərəcədə dəqiq hüquqi-siyasi məlumat olduğunu deyə bilmərik, amma məntiq bunu deyir ki, 16 ildir FHN naziri olan bir şəxsin rəhbərlik etdiyi nazirliyinin və bütün kollektivinin imici sıfırlandı...

Əlavə məlumat veriləcək.

"Təzadlar"

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN