booked.netbooked.net booked.net  

 Bu günlərdə Kriminal aləmdə “Şakro Molodoy” kimi tanınan 70 yaşlı Zaxari Kalaşovun Rusiya məhkəməsi tərəfindən vaxtından əvvəl azadlığa buraxlacağı ilə bağlı məlumat yayılıb.

Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, sözügedən məlumatdan sonra hazırda həbsdə olan eks prezident Mixeil Saakaşvili iddialı açıqlama verib. O deyib ki, seçki öncəsi Gürcüstanda gürcü cinayət dünyasının idarəçiliyi ona həvalə olunacaq: "Rusiyada həbs müddətinin bitməsinə 4 il qalmış ən nüfuzlu "qanuni oğru" Şakro Kalaşov azadlığa buraxılıb. Mən düşünürəm ki, o, Gürcüstandakı seçkilərə görə buraxılıb. Mən ədliyyə naziri təyin olunanda Kalaşov Dudu Dadiani vasitəsilə mənə 30 min dollarlıq saat göndərdi, təbii ki, qəbul etmədim, əksinə, ona Gürcüstanı tərk etməyi tövsiyə etdim. Mən prezident olandan sonra Kalaşov Gürcüstana gəlməyə cəsarət etmədi. Onun Tsknetidəki sarayını müsadirə etdim. Bizim təqdim etdiyimiz materiallar əsasında İspaniya onu həbs etdi və biz onun ekstradisiya proseduruna başladıq. Məndə olan məlumata görə, o, Rusiya İstintaq Komitəsinə 70 milyon dollar ödəyib və ruslar ele etdilər ki, Gürcüstan vətəndaşı Şakro Rusiyaya təhvil verildi. 2007-ci ildə Kalaşovun müəllimi Kurdi Usoyan Yerevana gedib və FTB-nin məlumatına görə, oradan Gürcüstanda iğtişaşları təbliğ edib. İndi də ruslar seçkilərdə böyük sürprizlər qazana biləcəklərinə inanırlar və Kalaşova gürcü kriminal dünyasını idarə etməyi tapşıracaqlar. İstisna etmirəm ki, vəzifələrindən biridə mənim həbsxanadakı məsələmin yekun “həlli” olsun”, - deyə Saakaşvili qeyd edib.

Saakaşvili deyib ki, Kalaşovla yanaşı, rus “Efesbe”si onun sağ əli, qanun oğru Badri Kublaşvilini azadlığa buraxır, bu da nəhayət, onların gələcək vəzifəsinin Gürcüstan seçkiləri olduğunu sübut edir. Məlumata əsasən, Krasnodar vilayətinin Ust-Labinsk məhkəməsi əvvəllər hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən, Şakro Molodoy kimi "qanuni oğru" Zaxari Kalaşovu şərti azadlığa buraxıb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN