booked.netbooked.net booked.net  

Gözlənildiyi kimi, bir hıftəlik Novruz tətilindən sonra Bakı yenidən tıxaclara yüklü şəjər oldu...

Tezadlar.az Bakının bir sıra yollarında tıxac yarandığını elan edən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla tıxaclı, yəni keçilməz olan yolların siyahısını təqdim edir:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Beləliklə, həmişə olduğu kimi, bu səhər də sürücülərə və sərnişinlərə- işə, həkimə, məktəbə, təhsil ocağına... tələsənlərə səbr arzulayırıq. 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN