booked.net booked.net  

 

Saakaşvilinin məhkəmə qalmalı fonunda ona qarşı ictima rəy müsbət dinamika ilə yüksəlməkdədir...

Belə ki, Gürcüstanın Təhsil və Elm nazirliyi "Loqos Press" və "Dioqene" nəşriyyatları tərəfindən 9-cu siniflər üçün hazırlanmış 2 yeni tarix dərsliyini təstiqləyib. Gürcüstan KİV-ləri yazır ki, yeni nəşrlərdə sabiq prezident Mixeil Saakaşvili və "Gürcü Arzusu"nun qurucusu, sabiq baş nazir Bidzina İvanişvili barəsində də məlumatlar dərc edilib. "Dioqen" nəşriyyatı tərəfindən nəşr edilən kitabda Mixeil Saakaşvili və Bidzina İvanişvilinin hakimiyyətə gəldikləri dövr və həyata keçirdikləri reformalar və s. qeyd olunub: "2004-cü ilin yanvar ayından etibarən, Gürcüstan əhalisi ölkə prezidenti olaraq Mixeil Saakaşvilini seçdi. Yeni hökumət korrupsiyanı aşağı salmağı bacardı. Demək olar ki, bütün sahələrdə (Polis, məhkəmə, təhsil sahəsi və digərlərində) islahatlar həyata keçirildi, kriminal aləmin avtoritetlərinə ciddi zərbə vuruldu. "Gürcüstandakı demokratik proseslər dəyişməz forma aldı. 2012-ci ilin parlament seçkiləri bunun göstəricisi idi. Seçkilərdə hakim Vahid Milli Hərəkat partiyası məğlub oldu və müxalif Gürcü Arzusu partiyası qalib gəldi. Tanınmış xeyriyyəçi və biznesmen, Gürcü Arzusunun qurucusu Bidzina İvanişvili hökumətin rəhbəri, baş nazir oldu. Hakimiyyət dəyişikliyinə baxmayaraq, Gürcüstanın Avropa kursu dəyişmədi, əksinə, daha da dərinləşdi. Gürcüstan Avropa İttifaqının Assosiasiya sazişi imzalamış üzvü oldu", - kitabda qeyd olunub. Bundan əlavə, nəşrlərdə Bidzina İvanişvili və Mixeil Saakaşvilinin avtobioqrafiyaları da dərc edilib. Qeyd edək ki, tarix dərsliklərində Bidzina İvanişvili barəsində məlumatın dərc edilməsini deputat Elene Xoştaria sərt tənqid edib. Deputat bu barədə müxtəlif formalarda etirazlar edəcəklərini bildirib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN