booked.net booked.net  

100-dən çox sağlam uşaq “daun” imiş...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib ki, 100-dən çox uşağa daun sindromu diaqnozu ilə əlillik təyin edilib, hansı ki, həmin uşaqlar sağlam olublar.

Qeyd edək ki, əlilliyin təyin olunmasında bir çox insanların qanunsuz yollara baş vurmasından, sağlam ikən özünü xəstə kimi qələmə verməsindən və pensiya alması məsələsi  (yaxud cəhd etməsi) heç kəsə sirr deyildi.

Bu işdə onların bir nömrəli yardımçıları isə həkimlərdir. Bəzən isə əksinə, elə xəstə insanlar var ki, onlar əlillik təyinatı üçün illərlə əziyyət çəkirlər, çünki belə dırnaqarası həkimlərlə “anlaşa” bilmirlər...

Lakin sağlam övladına daun sindromu diaqnozu qoyulmasına razılaşmaq, onu “əlil” edərək gələcək həyatını sual altında qoymaq... inanılmazdır.

Düzü, buna inanmaq olmur: Bu həkim səhvidirmi, yoxsa valideyin-həkim işbirliyi?

Hər halda bu məsələ dəqiq araşdırılmalıdır. Əgər bu həkim səhvidirsə, ictimaiyyət bundan xəbər tutmalıdır və belə həkimlər “etibarsız” sayılmalıdır.

Söhbət gələcəyimiz olan uşaqlardan gedir və hansı ki, neçə-neçə valideynə övladlarının xəstə olması barədə məlumat verib onları dəhşətli psixoloji travmaya məruz qoyublar.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN