booked.net booked.net  

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya qüvvələrinin Ukraynanın Donbasında “yerdən diş qıcartmasına” davam etdiyini deyib və əlavə edib ki, Putin yavaş, lakin nəzərəçarpacaq irəliləyiş əldə edir...

Tezadlar.az xatırladır ki, Conson bu barədə Bloomberg-ə müsahibəsində bildirib. “Qorxuram ki, Putin özü və Rusiya hərbçiləri üçün böyük itkilər bahasına Donbassda torpağı ələ keçirməyə davam edir... O, tədricən, yavaş-yavaş, lakin nəzərəçarpacaq irəliləyiş əldə etməyə davam edir və buna görə də ukraynalılara hərbi dəstək verməyə davam etməyimiz tamamilə vacibdir", - deyə əlavə edib.

 Conson qeyd edib ki, Ukraynanın daha çox hücum silahlarına, o cümlədən uzaqmənzilli çoxsaylı reaktiv yaylım atəşi sistemlərinə ehtiyacı var. “Düşünürəm ki, rusları Kiyevin qapısından geri itələyən ukraynalıların inanılmaz qəhrəmanlığı bizi sakitləşdirməməlidir". O, Ukraynanın Putinlə potensial danışıqlarını da şərh edərək, Rusiya prezidentini timsahla müqayisəsini təkrarlayıb. "Timsah sənin sol ayağını yeyərkən onunla necə davrana bilərsən? Bu oğlana heç etibar etmək olmaz", - deyə Conson deyib.
Qeyd edək ki, Ukraynanın yüksək vəzifəli rəsmiləri, xüsusən də prezident Vladimir Zelenski son həftələr ABŞ və onun müttəfiqlərindən çoxlu müasir raket sistemləri (MLRS) istəyir. KİV-in məlumatına görə, Bayden administrasiyası Ukraynanı qabaqcıl uzaqmənzilli raket sistemləri ilə təmin etməyə hazırlaşır. Bir gün əvvəl xarici işlər naziri Dmitri Kuleba ABŞ-dan MLRS-nin təmin edilməsi ilə bağlı qərarın mümkün qədər tez qəbul edilməsini istəmişdi...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN