booked.net booked.net  

Baş Prokurorluq yenidən mediaya xəbərdarlıq məzmunlu müraciət edib.

Baş Prokurorluqdan "Təzadlar"a bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur. "Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur", - məlumatda vurğulanıb.

Qeyd edək ki, iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölən A.Qaraşov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşıdır. Lənkəran Rayon İcra Hakimiyyəti hadisənin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyini açıqlayıb. Bu gün isə Azər Qaraşovu oğlu Azay Qaraşovun qətlə yetirdiyi məlum olub.

Bəs bu qətl nə ilə bağlıdır? Niyə Lənkəran RİH qətl hadisəsini silahla ehtiyatsız davranma ilə əlaqələndirərək istintaqın diqqətini yayındırmaq istəmişdir? "Təzadlar" bu və ya digər suallara istintaq sirrini yaymamaq şərti ilə aydınlıq gətirməyə çalışır...

"Təzadlar"ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN