booked.net booked.net  

Masallı rayonunun Boradigah qəsəbəsində insan həyatı üçün təhlükəli vəziyyət yaranıb. Bu səbəbdən də qəsəbə sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət ünvanlayıblar.

Sakinlərin Tezadlar.az-a göndərdikləri müraciətdə deyilir:

Hörmətli cənab Prezident!

Hörmətli Vüqar müəllim!

Son illər ölkənin enerji sektorunda həyata keçirilən böyük layihələrin biz də şahidiyik. Cənab prezidentin açılışını etdiyi obyektlərin sırasına diqqət etsək, burada əhalinin keyfiyyətli enerji təminatına hesablanan obyektlər şübhəsiz ki, ilk yerdə olacaq. Amma təəssüf ki, Azərbaycanın ən böyük şəhər tipli qəsəbələrindən biri olan Boradigahda tamam fərqli və dəhşətli bir mənzərə mövcuddur.

masaliiil

Boradigah qəsəbənin 10 mindən artıq sakini var. Qəsəbədə iki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir. Son illər qəsəbənin enerji təminatı sahəsində görülən tək əsaslı iş sayğacların kütləvi dəyişdirilməsidir. Qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirib və bərbad vəziyyətdədir. Transformatoların heç biri mühafizə zolağına salınmayıb. Bu isə əsl təhlükə mənbəyidir. Onların yağla təminatı da bərbad vəziyyətdədir”.

Sakinlərin yazdığına görə, transformatorlardan nisbətən normal vəziyyətdə olanların yüklənməsi çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220-230 V olmalı halda 190-195-dən çox olmur: “Az gərginlik verilməsi və qısaqapanma səbəbindən məişət texnikalarının sıradan çıxması adi haldır. Əksər evlərdə kondisionerlər və məişət texnikaları əlavə stabilizatorlar hesabına çalışır. Hazırda qəsəbənin xeyli sayda sakini bəlli səbəblərdən Bakıda və ölkədən kənarda yaşayır, yəni işıqdan istifadə etmir. Bu isə o deməkdir ki, tam yüklənmə olarsa, vəziyyətin bəhs etdiyimizdən də daha acınacaqlı ola bilər”.

masalliii

Müraciətə qeyd olunur ki, problem yaradan ən böyük səbəblərdən biri də Tüklə kəndindəki yarımstansiyadan Boradigaha gələn bir neçə kilometrlik məsafədəki əsas elektrik naqillərinin və dirəklərin bərbad olmasıdır. Bu səbəbdən güclü olmayan bir külək xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur. Texniki qüsurlar səbəbindən əksər hallarda kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıqlar keçirilir.

Sakinlər bildirir ki, böyük bir qəsəbəyə operativ nəzarət olduqca zəifdir. Əksər hallarda kiçik bir problemdən ötrü əhali saatlarla ora-bura zəng etmək məcburiyyətində qalır.

masalliiii

Sakinlər sonda dövlət başçısından və “Azərişıq”ın rəhbərindən xahiş edirlər ki, Boradigah qəsəbəsindəki bu problemi şəxsi nəzarətə götürülərək, problemin həlli ilə bağlı operativ göstəriş verilsin.

Qeyd edək ki, qəsəbə sakinləri adından müraciəti bu şəxslər imzalayıblar: Ədalət Əhmədov, Məmməd Məmmədov, Böyükağa Zeynalov, Elçin Əhmədov, Rasif Talıbov, Elmar Yusifov, Əzim Məmmədov və başqaları.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN