booked.net booked.net  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçiriləcək G20 sammitində iştirak edəcək və orada qərb liderlərinə sentyabrın 4-də Rusiya prezidenti Vladimir Putinlə Soçidə taxıl sazişinin bərpasına dair danışıqların nəticələri barədə məlumat verəcək.

Bu barədə RİA Novosti Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Ərdoğanın Hindistan səfəri sentyabrın 10-dək davam edəcək.

Mövzu "Bir dünya, bir ailə, bir gələcək" olacaq sammitin iclaslarında Türkiyə prezidenti iştirak edəcək. Sammit çərçivəsində Ərdoğan G20 ölkələrinin dövlət və hökumət başçıları ilə danışıqlar aparacaq, Türkiyə və BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən işə salınması ilə bağlı təşəbbüsləri müzakirə edəcək. Onun sözlərinə görə, Türkiyə lideri Rusiya Federasiyasının Ukraynadakı münaqişənin həlli və təşəbbüsün işini bərpa etməsi ilə bağlı təklifləri barədə də məlumat verəcək.

Bundan əvvəl politoloq Andrey Perla Türkiyənin taxıl müqaviləsinin bərpası naminə Moskvaya siyasi təzyiq göstərmək iqtidarında olmadığı fikrini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN