booked.net booked.net  

“Xanədan ETNO” restoranında 9 xanlığın mətbəxi nümayiş olndu. Əsas Naxçıvan xanlığı, İrəvan xanlığı, Qarabağ xanlığı bir bölmədə yerləşdirildi, digər tərəfdə isə Gəncə, Şamaxı, Bakı,Təbriz və digərləri.

Bunu  Milli Kulinariya Assosiasiyasının prezidenti, Azərbaycan Milli Kulinariya Mərkəzinin ilk direktoru və təşəbbüskarı, Tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov TEZADLAR TV-nin (TTV AZ) qonağı olarkən bildirib

“Qarşıya məqsəd qoyuldu: hər xanlığın xörəkləri toplanmalıdır, qoyulmalıdır. “Qarabağ mətbəxi” kitabı 2012-ci ildə dərc edildi - mən və qızım Aynurənin müəllifliyi ilə.  Sonradan yeni kitabda şəkillər yerləşdirdik, üzərində işlədik, təkmiləşdirdik və artıq yeni kitab nəşr edilib. Sağ olsun QHT-lərə Dəstək Agentliyi. Onların da maliyyə və mənəvi dəstəyi böyük oldu. O kitabın da biz Çanaqqalada, Marvində, Livanda, Azərbaycanda isə Şuşada, Gəncədə...təqdimatlarını keçirdik”, - deyə məşhur kulinar bildirib.    

O, qeyd edib ki, İrəvan mətbəxi kitabına görə 1500 şəxs arasında sorğu aparılıb.

“O xörəkləri tutuşdurduq – identifikasiya etdik. Əhali çoxdan gəlib. Buradakı yeməklərlə assimlyasiya olub. Bunların üzərində işlədik. Sonra 200 nəfərlik İrəvan mətbəxi günü keçirdik və ora irəvanlıları dəvət etdik ki, görək hansı səhvlərimiz varsa, öyrənək. Kitab yazılmamışdan əvvəl onların ağız dadına uyğun olmasını nəzərə aldıq.

2018-ci ildə isə mən kitabın üzərində adları yazılmış müəllifləri - Oruc ustanı və Aygül xanımı  da dəvət etdim. ("İrəvan xanlığı bölgə mətbəxi" Oruc Əliyev və Aygül Əsgərova). Biz kitabı hazırladıq və dünyada məşhur olan Dünya Kulinariya Kitabları Mükafatı Təşkilatına təqdim etdik. Kitaba 200-ə yaxın ekspert baxdı. 2020-ci ildə təqribən 6 - 8 minədək kitabın içindən seçilə- seçilə gəlirdi.Və kitab gəlib ilk dördlüyə çıxanda mən onda Dövlət Turizm Agentliyinə məktub göndərdim ki, bu kitabın birinci yerə çıxması üçün Fransaya getmək və hardasa 100 min pul xərcləmək lazımdır – qonaqlıqlar vermək, insanlar getməlidir mətbəxi görməlidir və s. Həm də çox çətin - covid dövrü idi – 2021-ci il idi. Həmişəki kimi, mənə “büdcədə bunun nəzərdə tutulmadığını - yoxdu” dedilər... Nə vaxt onlara müraciət etmişəm, heç zaman imkanları olmayıb...

Kitab böyük təbliğat vasitəsi idi. Kitab birinci yerə çıxdıqdan sonra yenə Turizm Agentliyinə müraciət etdim, ki, bizim hansısa Avropa ölkəsində İrəvan mətbəx günlərini keçirmək çətindir, amma lazım olan ölkələrdə dünyada birinci olan bir kitabın təqdimatını keçirə bilərik. Yəni dedim ki, hansı ölkələrdə keçirmək vacibdi öyrənin, gedək həmin ölkədə mətbəxi də, kitabı da təqdim edək - qoy bu triumf  böyüsün. Əvvəlcədən yox cavabı alacağımı bilirdim. Həmişəki cavabı da aldım...

JASMİN

Daha ətraflı: Təzadlar TV-dən (TTV AZ)  izləyə bilərsiniz.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN