booked.net booked.net  

"Milana Medical" MMC-nin sahibi, "Milan Hospital"ın direktoru Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılıb.

Yerli mətbuat xəbər verir ki, buna səbəb onun dövlət büdcəsinə olan vergi və sosial ödənişlərini ödəməməsi olub.

Belə ki, Dövlət Vergi Xidməti məhkəməyə müraciət edərək, X.Muradovanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Ərizə onunla əsaslandırılıb ki, X.Muradovanın direktoru olduğu "Milan Hospital"ın (hospital "Milana Medical" MMC-ə məxsusdur) dövlət büdcəsinə ümumilikdə 7774 manat vergi və sosial ödənişlərlə bağlı borcu var.

X.Muradova məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub. Hospital direktorunun ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında bu günə olan məlumatlara əsasən, "Milana Medical" MMC bütün vergi ödənişlərini ödəyib.

Xatırladaq ki, Xuraman Muradova 2009-cu ildən iş qadını kimi fəaliyyət göstərir. O, əvvəlcə "Laçın" Klinikasının rəhbəri olub. 2014-cü ildən isə "Milan Hospital"ın direktorudur. Avropa Tibb Assosiasiyasinin fəxri üzvüdür.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN