booked.net booked.net  

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Oğuz rayonunun Baş Daşağıl kəndində fiziki şəxs Daşdəmirov Çingiz Fərrux oğluna məxsus “Saf su” restoranında yoxlama aparılıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib. Müəssisənin gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində texnoloji ardıcıllıq və mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi, məişət tullantıları üçün hermetik zibil qablarının quraşdırılmadığı, həmçinin işçi heyətin xüsusi geyimlə təmin olunmadığı, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Müəyyən olunmuş pozuntularla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və müəssisənin fəaliyyəti dayandırılıb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN