booked.netbooked.net booked.net  

Ruslar növbəti dəfə İranın pilotsuz uçuş aparatları (İHA) ilə Nikolayev bölgəsinə hücum etməyə cəhd ediblər.

Nikolayev vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri səhər saatlarında İrana məxsus 3 pilotsuz –kamikadzelərini  məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd edilib ki, sentyabrın 27-də səhər saat 8 radələrində Ukrayna SQ-nin Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiəsi Nikolayev vilayətinə hücum edən 3 “Şahed-136” kamikadze pilotsuz uçuş aparatından üçünü də məhv edib.

Həmçinin vurğulanıb ki, Ukraynanın bütün Müdafiə Qüvvələrinin hərbi heyəti kamikadze dronların məhv edilməsində getdikcə daha çox təcrübə qazanırlar.

***

Xatırladaq ki, ABŞ avqust ayında Rusiyanın İrandan hərbi dronlar aldığını açıqlamışdı.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirmişdi ki, Rusiya avqust ayında bir neçə gün ərzində İrandan “Mohajer-6” və “Shahed” seriyalı pilotsuz uçuş aparatlarını alıb.

O, vurğulamışdı ki, Rusiya təyyarələri İrandakı aerodromda PUA-larla yüklənib, daha sonra təyyarə İrandan Rusiyaya uçub.

Qeyd edək ki, Moskvanın Tehrandan PUA-lar almaq planları barədə mələumatlar hələ iyul ayında yayılmışdı.

Həm İran, həm də Rusiya tərəfi bu xəbərləri təkzib etmişdi.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN