İndoneziyada futbol matçından sonra baş verən iğtişaşlar və izdiham nəticəsində ölənlərin sayı 174-ə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Şərqi Yava əyalətinin qubernator müavini Emil Dardakın məlumatlarına istinadən Reuters agentliyi məlumat yayıb.

Əvvəllər 127 zərərçəkmiş barədə məlumat daxil olub.

Antara agentliyi xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

CNN İndoneziya informasiya portalının daha əvvəl xəbər verdiyi kimi, şənbə günü İndoneziyanın Malanq şəhərindəki stadionda Arema və Persebaya futbol komandaları arasında keçirilən oyundan sonra iğtişaşlar baş verib. Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qaz atması çaxnaşma və izdiham yaradıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN