booked.netbooked.net booked.net  

Ukraynanın Zaporojye vilayətində işğal olunmuş ərazisində rus qoşunları 70 km uzunluğunda xəndək qazaraq əkin sahələrini minalamağa başlayıb.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Ukraynanın Tauride-dəki Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri bildirib ki, rus qoşunları 70 kilometrdən çox uzunluqda nəhəng xəndək qazıb və işğal olunmuş ərazilərdə kütləvi şəkildə mina sahələrini yerləşdirməyə başlayıblar. Bu barədə rusların sosial şəbəkə istifadəçiləri də bu barədə paylaşım edib. Andrey Sokolov adlı fb istifadəçi yazır ki, bu xəndəyi niyə qazırlar? Səngər üçündürsə, deməli, qorunmaq istəyirlər... 
Mətbuat mərkəzində deyildiyi kimi, bu cür hərəkətlər işğalçıların Ukraynanın mümkün əks-hücumundan qorxduğunu göstərə də bilər.
Bundan əvvəl Jurnalist Araşdırmaları Mərkəzi rusların Zaporojyedə tikdiyi və Sentinel-2 peyk görüntülərində aydın görünən meqa səngər haqqında məlumat vermişdi.
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, ölkədə canlarını qurtarmaq üçün təslim olmağa çalışan işğalçıların sayı kəskin artıb. 

Dünən isə Putin növbəti hərbi çağırış barədə fərmanını elan etdi. Deməli, qarşıda daha sərt müharibə alovu gözlənilir. Təəssüf!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN