booked.net booked.net  

Ermənistan Azərbaycanın cəmi 44 günlük müharibə ilə 30 illik işğala son verməsi ilə hələ də barışa bilmir...

Dünya sülhdən, ermənilər təxribatdan danışır. Nəinki danışır, bunu az qala hər gün Azərbaycana qarşı istifadə edir. Məsələn, bu gün səhər saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib. "Təzadlar" Azərbaycanın Müdafiə Nazirliyinə istinadla bildirir ki, əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür. "Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Əlbəttə, bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu çağırış az qala hər gün edilir. Amma ermənilər nə Azərbaycan dilində, nə də ingilis-fransız dilində bunu başa düşür. Rus dili də artıq keçmir. Erməni dilini isə heç özləri anlamırlar. Qalır "Dəmir yumruq" dili... Təkrarı gəlsin!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN