booked.net booked.net  

ABŞ-ın Kaliforniya ştatının Kabazon kəndi yaxınlığında iki yanğınsöndürən helikopter toqquşub. CNN rəsmilərə istinadən xəbər verir ki, 3 nəfər ölüb.

"Birinci helikopter yaxınlıqda təhlükəsiz yerə enə bildi. Təəssüf ki, ikinci helikopter qəzaya uğradı və üç nəfər faciəvi şəkildə həyatını itirdi", - Cənubi Kaliforniya Yanğınsöndürmə İdarəsinin rəisi Devid Fulçer bildirib.

Onun sözlərinə görə, helikopterin pilotu, həmçinin yanğınsöndürmə bölməsinin rəisi və kapitanı həlak olub.

Bildirilir ki, qəza yerində təxminən 7 hektar sahədə yanğın baş verib. O, dərhal söndürülüb.

Yanğınsöndürmə idarəsinin rəisi qeyd edib ki, Kabazon ərazisində bir gün əvvəl başlayan yanğının söndürülməsində hər iki texniki vasitə iştirak edib.

Hadisəni ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdıracaq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN