booked.net booked.net  

  ABŞ-ın Havay ştatında bir çox binanın tamamilə dağılmasına səbəb olan yanğınlardan sağ çıxan möcüzə ev diqqət çəkib.

 TEZADLAR.AZ xəbər verir ki, Havayda avqustun 9-dan bəri davam edən yanğınlar nəticəsində 114 nəfər ölüb, 2700-dən çox tikili zədələnib və ya tamamilə dağılıb.

  Maui adasında külə çevrilən şəhərlərdən biri olan Lahainada bir ev sözügedən sahil zolağında toxunulmaz qalan yeganə tikili olub.

  Evin sahibləri olan Millikin ailəsi tamamilə taxta olan evdə bir müddət əvvəl bəzi dəyişikliklər etdiklərini bildiriblər. Onlar dam örtüyünə metal material əlavə edib, zərərverici həşəratlardan qorunmaq üçün evin ətrafındakı yaşıllıqları kəsib və daşlar düzüblər. Bu dəyişikliklər evin alovdan qorunmasına səbəb olub.

  Yerli sakinlər Millikin ailəsinin evini “möcüzə evi” adlandırıblar.

trt

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN