booked.net booked.net  

Ankara məhkəməsi kişini həyat yoldaşına 500 min türk lirəsi  məbləğində təzminat ödəməyə məcbur edib.

Bu barədə “Sabah” portalı yazır.

Portalın məlumatına görə, Türkiyə paytaxtının sakini ötən il boşanmaq üçün ərizə verib. O, iddia ərizəsində ərinin həftədə 1-2 dəfə dişlərini fırçaladığını, nadir hallarda köynəklərini dəyişdirdiyini və şəxsi gigiyenasına nəzarət etmədiyini göstərib.

Məqalə müəllifi qeyd edib ki, boşanma prosesi ilə bağlı məlumatlar mediada və sosial şəbəkələrdə yayılıb və geniş ictimai rezonansa səbəb olub. Bəzi şərhçilər ərin tərəfini tutub, bəziləri isə qadının əsaslı iddialar irəli sürdüyünü düşünür.

Cütlüyün ortaq dostları, eləcə də kişinin həmkarları onunla eyni otaqda olmağın dözülməz olduğunu, çünki ondan son dərəcə xoşagəlməz qoxu gəldiyini söyləyib.

Məhkəmə cavabdeh əri təqsirli bilib, boşanma qərarı verib və qadına təzminat təyin edib.

​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN